Böyük hüquqşünas Agentliyin fəaliyyət istiqamətlərinə aid edilmiş sahələr üzrə hüquqi akt layihələrinin hazırlanması, hüquqi ekspertizanın həyata keçirilməsi, qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin və hüquqi rəylərin hazırlanması proseslərində iştirak edəcəkdir.
Əsas vəzifə funksiyaları
- Agentliyin fəaliyyət istiqamətlərinə aid edilmiş sahələrin tənzimlənməsi ilə bağlı təşəbbüs qaydasında və ya verilmiş tapşırıq əsasında hüquqi akt layihələrini hazırlamaq;
- Hazırlanmış hüquqi akt layihələrinin Agentlikdaxili razılaşdırılması prosesini təşkil etmək;
- Rəqəmsallaşma və innovasiyaların tətbiqi sahələrində qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı yerli və beynəlxalq təcrübəni araşdırmaq;
- Aparılmış araşdırmaların nəticələri üzrə arayışlar, hüquqi rəylər və təkliflər hazırlayaraq şöbə müdirinə təqdim etmək;
- Hüquqi akt layihələrinin hazırlanmasında iştirak etmək və həmin layihələrin hüquqi ekspertizasını həyata keçirmək;
- Hüquqi aktların təkmilləşdirilməsinə dair əsaslandırılmış təkliflər hazırlamaq;
- Normayaratma sahəsində qanunvericiliyin tətbiqi ilə bağlı hüquqi rəylər və izahlar vermək;
- Hüquqi akt layihələrinin Azərbaycan Respublikasının qanunvericiliyinə, normativ hüquqi aktların hazırlanması qaydalarına və hüquqi texnikanın tələblərinə uyğunluğunu qiymətləndirmək;
- Agentliyin fəaliyyət istiqamətləri üzrə qanunvericiliklə bağlı məlumatlandırma və maarifləndirmə işlərinin aparılmasını təmin etmək;
- Vəzifə səlahiyyətlərinə aid olan məsələlər üzrə təkliflərlə çıxış etmək;
- Rəhbərlik tərəfindən təşkil edilən toplantılarda vəzifə səlahiyyətlərinə aid məsələlərin müzakirəsində iştirak etmək;
- Vəzifə funksiyalarının icrası üçün Agentliyin müvafiq struktur bölmələrindən zəruri məlumat və sənədləri tələb etmək;
- Fəaliyyət zamanı xidməti məlumatların, dövlət və kommersiya sirrinin, habelə konfidensial məlumatların qorunmasını təmin etmək;
- Əmək qanunvericiliyinin və Agentliyin fəaliyyətini tənzimləyən digər normativ sənədlərin tələblərinə əməl etmək;
- Şöbə müdirinin və rəhbərliyin vəzifə səlahiyyətləri çərçivəsində verdiyi digər tapşırıqları yerinə yetirmək.