Data keyfiyyəti standartlarının, qaydalarının və göstəricilərinin (KPI/metrics) müəyyən edilməsi və qiymətləndirilməsi
Müxtəlif mənbələrdən daxil olan məlumatların keyfiyyət auditinin aparılması
Data keyfiyyəti problemlərinin aşkarlanması, kök səbəblərinin təhlili və aradan qaldırılması üçün tövsiyələrin verilməsi
Data aktivlərinin keyfiyyəti ilə bağlı hesabatlar hazırlanması
Struktur bölmələr və IT komandaları ilə əməkdaşlıq edərək məlumat təmizləmə proseslərinin qurulması
Yeni məlumat mənbələrinin inteqrasiyası zamanı keyfiyyət yoxlamalarının aparılması
Data keyfiyyəti sahəsində ən yaxşı təcrübələrin və beynəlxalq standartların (“DAMA-DMBOK”, “ISO 8000” və s.) öyrənilməsi və tətbiqi
Əsas dövlət informasiya ehtiyatlarında və sistemlərində toplanılan məlumatların dürüstlüyü, bütövlüyü, dəqiqliyi üzrə qiymətləndirmələr və təhlillər aparılması, çatışmazlıqların müəyyənləşdirilməsi, həll təkliflərinin formalaşdırılması və hesabatın hazırlanması
Əsas dövlət informasiya ehtiyatlarında və sistemlərində toplanılan məlumatların dairəsinin və uyğunsuzluqların müəyyən edilməsi, habelə uyğunsuzluqlarının aradan qaldırılması və məlumat səhvləri ilə bağlı müraciətlərin sayının azaldılmasının monitorinq edilməsi
Tələblər
Ali təhsil (İnformatika, Statistika, Riyaziyyat və ya oxşar sahə)
Data keyfiyyəti, data analitikası və ya data idarəçiliyi sahəsində minimum 5+ illik iş təcrübəsi
SQL üzrə güclü bilik; OpenMetadata və Python kimi vasitələrlə iş təcrübəsi arzuolunandır
Data profilləşdirmə (data profiling) və data təmizləmə vasitələri ilə işləmə bacarığı
Excel/Power BI/Tableau/Superset kimi hesabatlıq alətlərində təcrübə
Analitik təfəkkür və detallara diqqət etmə
Təşkilat daxilində və xaricindəki maraqlı tərəflər ilə işləmək bacarığı
Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı
Data idarəçiliyi və ya data keyfiyyəti üzrə beynəlxalq sertifikatlar (CDMP, ISO 8000 və s.) üstünlük təşkil edir