Bu rol Data təhlili üzrə Mükəmməllik Mərkəzi (CoE) funksiyasına rəhbərlik etməklə yanaşı, analitiklərin biznes və məhsul squad-larında effektiv fəaliyyətini, vahid analitika standartlarının tətbiqini, self-service analytics imkanlarının inkişafını və Data məlumat hövzəsi (Lakehouse) üzərində müasir analitika ekosisteminin formalaşdırılmasını təmin edəcək.
- Təşkilat üzrə Data Analytics strategiyasının, operating modelinin, standartlarının və metodologiyalarının hazırlanmasına və tətbiqinə rəhbərlik etmək;
- Data Analytics funksiyasını Center of Excellence (CoE) modeli əsasında qurmaq və inkişaf etdirmək;
- Mərkəzi Data Analytics komandası ilə biznes/məhsul squad-larında çalışan analitiklər arasında effektiv əməkdaşlıq modelini formalaşdırmaq;
- Squad-larda analitiklərin discovery, problem definition, KPI müəyyənləşdirilməsi, analiz və nəticələrin interpretasiyası mərhələlərində aktiv iştirakını təmin etmək;
- Biznes problemlərinin analitik use case-lərə çevrilməsini və uyğun analitik yanaşmaların – descriptive, diagnostic, predictive və prescriptive analytics – tətbiqini təmin etmək;
- Data Lakehouse üzərində analitiklərin effektiv işləməsi üçün analytics və consumption layer yanaşmasının inkişafına rəhbərlik etmək;
- BI, dashboarding və self-service analytics imkanlarını inkişaf etdirmək, biznes istifadəçilərinin datadan müstəqil və düzgün istifadə imkanlarını artırmaq;
- Təşkilat üzrə vahid KPI, metric və biznes anlayışlarının formalaşdırılması üçün semantic model / semantic layer yanaşmasının tətbiqinə rəhbərlik etmək;
- Etibarlı və təkrar istifadə edilə bilən certified analytical datasets/data products üzərində analitika proseslərinin qurulmasını təmin etmək;
- Dashboard və hesabatların standartlaşdırılması, sertifikatlaşdırılması, istifadə və biznes dəyərinin ölçülməsi üçün yanaşmalar formalaşdırmaq;
- Ad-hoc reporting-dən daha sistemli, avtomatlaşdırılmış və self-service analitika modelinə keçidi təmin etmək;
- Müxtəlif data mənbələrindən əldə edilən məlumatlar əsasında trend, root-cause, correlation, segmentation və digər diagnostic analytics metodlarının tətbiqini təşkil etmək;
- Data keyfiyyəti və biznes definisiyaları ilə bağlı problemlərin Data Governance və Data Engineering komandaları ilə koordinasiyalı şəkildə həllini təmin etmək;
- Təşkilat üzrə data literacy və data-driven decision-making mədəniyyətinin inkişafına rəhbərlik etmək;
- Müxtəlif struktur bölmələrin data və analytics maturity / diagnostic assessment qiymətləndirilməsini təşkil etmək, boşluqları müəyyənləşdirmək və inkişaf planları hazırlamaq;
- Rəhbərlik və biznes komandaları üçün data literacy proqramları, workshop-lar, analitik metodologiyalar və praktiki təlimlərin hazırlanmasını və keçirilməsini təmin etmək;
- Analitik use case-lərin və təşəbbüslərin biznes təsiri, strateji əhəmiyyəti və icra imkanlarına əsasən prioritetləşdirilməsini təmin etmək;
- Analitika məhsulları üçün adoption, usage və business impact göstəricilərini müəyyənləşdirmək və izləmək;
- Data Analytics komandasının strukturunu, kompetensiyalarını və inkişaf planını formalaşdırmaq, analitiklərin mentorluğunu və peşəkar inkişafını təmin etmək;
- Data Engineering, Data Governance, AI/Data Science, Product və digər funksiyalarla sıx əməkdaşlıq etmək;
- Data Analytics sahəsində yeni texnologiya və yanaşmaları izləmək, onların təşkilat üçün tətbiq imkanlarını qiymətləndirmək.