İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Ana səhifə
/
/
/
Dövlət xidmətlərinin dizaynı və təkmilləşdirilməsi üzrə Aparıcı IT Biznes analitik

Dövlət xidmətlərinin dizaynı və təkmilləşdirilməsi üzrə Aparıcı IT Biznes analitik

Bu gün

29

Təsvir

  • Dövlət qurumları ilə müsahibələrin və workshopların keçirilməsi, mövcud sənədlərin təhlili yolu ilə biznes, funksional və inteqrasiya tələblərinin toplanması, dəqiqləşdirilməsi və sistemləşdirilməsi;
  • Dövlət xidmətlərinin və əlaqəli biznes proseslərinin təhlil edilməsi, mövcud vəziyyətin (As-Is) müəyyənləşdirilməsi və müvafiq proses və xidmət dizaynı artefaktları vasitəsilə sənədləşdirilməsi;
  • Dövlət xidmətləri üzrə biznes proseslərinin BPMN 2.0 metodologiyasına uyğun modelləşdirilməsi, proses iştirakçılarının, fəaliyyətlərin, qərar nöqtələrinin, məlumat axınlarının və sistemlərarası əlaqələrin müəyyən edilməsi;
  • Dövlət qurumlarının informasiya sistemləri və API-lərinin funksional və texniki səviyyədə təhlil edilməsi, Postman və digər müvafiq alətlər vasitəsilə API-lərin yoxlanılması, məlumat strukturlarının və inteqrasiya məntiqinin araşdırılması və API üzrə texniki sənədlərin hazırlanması;
  • Dövlət xidmətləri üzrə funksional tələblərin, biznes qaydalarının, Use Case-lərin, User Story-lərin, acceptance criteria-ların və digər analitik artefaktların hazırlanması və sənədləşdirilməsi;
  • Eyni və ya oxşar dövlət xidmətləri üzrə yerli və beynəlxalq təcrübələrin, tətbiq olunan xidmət modellərinin və rəqəmsal həllərin araşdırılması, müqayisəli təhlillərin aparılması və uyğun həll yanaşmalarının müəyyənləşdirilməsi;
  • Xidmətlərin optimallaşdırılması, sadələşdirilməsi, avtomatlaşdırılması prosesində iştirak edilməsi (to-be modellərin hazırlanması;
  • Məlumatların, statusların və inteqrasiya tələblərinin mygov inteqrasiya standartlarına uyğun sənədləşdirilməsi. 
  • BRD, FRD, SRS, Service Design Document (SDD) və digər normativ-texniki sənədlərin hazırlanması 

Tələblər

  • Ali təhsil (İnformasiya Texnologiyaları, Biznes Analitika, Sistem Analizi və ya əlaqəli sahələr üzrə üstünlükdür);
  • İT biznes analitik və ya sistem analitiki kimi minimum 2–4 il iş təcrübəsi (xüsusilə dövlət xidmətləri, rəqəmsal transformasiya və ya iri miqyaslı İT layihələrdə);
  • Biznes və funksional tələblərin toplanması, təhlili, dəqiqləşdirilməsi və strukturlaşdırılmış şəkildə sənədləşdirilməsi üzrə praktiki təcrübə;
  • Funksional tələblərin, biznes qaydalarının, Use Case-lərin, User Story-lərin və digər biznes analitika artefaktlarının hazırlanması üzrə bilik və praktiki təcrübə;
  • BPMN 2.0 metodologiyası əsasında As-Is və To-Be biznes proseslərinin modelləşdirilməsi, proses iştirakçılarının, qərar nöqtələrinin, məlumat və status axınlarının müəyyənləşdirilməsi üzrə praktiki təcrübə;
  • HTTP, REST API və JSON üzrə biliklər, API-lərin funksional və texniki səviyyədə təhlili və Postman vasitəsilə test edilməsi üzrə praktiki təcrübə;
  • OpenAPI / Swagger spesifikasiyalarının oxunması, API metodlarının, request/response strukturlarının, məlumat tiplərinin, xəta kodlarının və digər inteqrasiya tələblərinin təhlil edilməsi bacarığı;
  • API və inteqrasiya üzrə texniki sənədlərin hazırlanması, həmçinin ən azı bir API əsaslı inteqrasiya layihəsinin tələblərin müəyyənləşdirilməsindən texniki sənədləşdirilməsinə qədər tam şəkildə müşayiət edilməsi üzrə praktiki təcrübə;
  • Sistemlərarası inteqrasiya prinsipləri, o cümlədən server-to-server autentifikasiyası, idempotentlik, fayl mübadiləsi, status callback-ləri, bildiriş mexanizmləri və məlumat mübadiləsi yanaşmaları üzrə anlayış;
  • Azərbaycan dilində normativ-hüquqi aktların təhlil edilməsi, xidmətin göstərilməsi ilə bağlı hüquqi və biznes tələblərinin müəyyənləşdirilməsi və analitik sənədlərdə əks etdirilməsi bacarığı
  • Azərbaycanın rəqəmsal hökumət və elektron xidmətlər ekosistemi, dövlət informasiya sistemləri və “yalnız bir dəfə” prinsipi barədə ümumi biliklər;

Vakansiya haqqında

Son tarix

October 16, 2026

Paylaşılıb

sentyabr 16, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik