İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Ana səhifə
/
/
/
Əmək münasibətləri üzrə böyük mütəxəssis

Əmək münasibətləri üzrə böyük mütəxəssis

Dünən

34

Təsvir

  • İşə qəbul, ezamiyyə prosesinin təşkili və icrası;
  • Məzuniyyət üzrə sənədləşmə prosesinin təşkili, icrası və uçotunun aparılması;
  • İşçinin əmək şəraitinin dəyişməsi ilə bağlı proseslərin təşkili və icrası;
  • İşçilərin əmək müqaviləsinə xitam verilməsi üzrə sənədləşmə prosesinin icrası;
  • Kollektiv müqavilənin bəndlərindən irəli gələn işlərin təşkili və icrası (sertifikat ödənişləri, maddi yardım və s.);
  • “Əmək və məşğulluq” altsistemində (ƏMAS) bütün proseslərin icrası;
  • Elektron sənəd dövriyyəsində (ESD) gələn tapşırıqların icrası;
  • Arxivləşmə prosesinin idarə edilməsi;
  • Agentlik daxili istifadə olunan informasiya sitemlərində sorğuların yaradılması, məlumatların daxil edilməsi və tapşırıqların icrası;
  • Əcnəbi vətəndaşların işə qəbul prosesinin qanunvericiliyə uyğun olaraq təşkili və icrası (iş və yaşama icazələrinin alınması üçün müvafiq proseslər daxil olmaqla);
  • ERP sistemində (müəssisə resurslarının planlaşdırılması) bütün əməliyyatların aparılması;
  • Birbaşa rəhbəri və departament müdiri tərəfindən fəaliyyət istiqaməti üzrə verilən digər tapşırıqların icrası.

Tələblər

  • Ali (Bakalavr/magistr) təhsil;
  • İnsan Resurlarının idarə edilməsi sahəsində ən azı 3 illik təcrübəsi;
  • Əmək qanunvericiliyi ilə bağlı biliklər;
  • Azərbaycan dili mükəmməl, rus dili biliyi peşəkar səviyyədə, ingilis dili biliyi yaxşı səviyyədə (əcnəbi vətəndaşlarla əmək münasibətlərinin aparılması məqsədilə);
  • MS Office proqramları peşakar səviyyədə, xüsusilə Excel və Word;
  • Data vizuallaşdırma alətlərindən (BI, SQL və s.) istifadə etmək bacarığı üstünlükdür;
  • PHRi və MOSE sertifikatlarının olması üstünlükdür;
  • Effektiv ünsiyyət və komandada işləmə qabiliyyəti;
  • Analitik düşüncə və detallara diqqət.

Vakansiya haqqında

Son tarix

October 17, 2026

Paylaşılıb

sentyabr 18, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə