Dövlət xidmətlərinin cari təqdim olunma proseslərinin təhlili və sənədləşdirilməsi;
Xidmət proseslərinin optimallaşdırılması və rəqəmsallaşdırılması üzrə təkliflərin verilməsi və strukturlaşdırılması;
Xidmət proseslərinin BPMN (Business Process Model and Notation) standartına uyğun modelləşdirilməsi;
Müvafiq xidmətlərin göstərilməsində istifadə olunan informasiya sistemlərinin əsas iş prinsiplərinin öyrənilməsi;
Optimallaşdırma və avtomatlaşdırma imkanlarının araşdırılması;
Rəqəmsallaşma təşəbbüslərinin həyata keçirilməsi zamanı digər dövlət qurumları ilə əməkdaşlıq və koordinasiya;
Texniki məlumatları qeyri-texniki maraqlı tərəflərə aydın və başa düşülən şəkildə kommunikasiya etmək;
Müxtəlif xidmətlər üzrə funksional tələblərin və istifadəçi ssenarilərinin hazırlanması;
Rəhbərliyin tapşırıqlarına uyğun olaraq araşdırmaların aparılması və nəticələrin təqdim edilməsi;
Komanda daxili metodoloji dəstəyin göstərilməsi və bilik ötürülməsi;
İnzibati işlər.
Tələblər
Analitik və tənqidi düşüncə qabiliyyəti, problem həll etmə bacarığı;
Proses yanaşması və xidmət dizaynı sahəsinə maraq;
Biznes analitika və proses modelləşdirmə vasitələri (BPMN, UML və s.) üzrə təcrübə;
Yüksək səviyyədə strukturlaşdırma bacarığı;
Yeni IT alətlərinə adaptasiya qabiliyyəti və avtomatlaşdırmaya maraq;
Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır);
Excel və təqdimat proqramları ilə işləmək bacarığı;
Komanda ilə işləmək və fikir mübadiləsi aparmaq bacarığı;
Dövlət orqanlarının fəaliyyət prinsipləri və informasiya sistemlərinin əsas iş mexanizmləri ilə tanışlıq;
Kommunikasiya və təqdimat bacarıqları, təşəbbüskarlıq və məsuliyyətlilik;
Kəmiyyət və keyfiyyət göstəriciləri ilə rahat işləmək;
İqtisadiyyat və idarəetmə ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil arzu olunur;
Sahə üzrə ən azı 2 il iş təcrübəsi;
Dövlət qurumları və ya böyük miqyaslı təşkilatlarla iş təcrübəsi;
Proaktivlik və müstəqil işləmə qabiliyyəti;
İnnovasiya və rəqəmsal inkişafda yerli və beynəlxalq bazar dinamikası və tendensiyaları haqqında anlayış;
İnnovasiya, İKT və ya rəqəmsal transformasiya sektorlarında təcrübə arzu olunur. Dövlət sektorunda G2C və G2G rəqəmsal dövlət platformaları və hökumət sistemləri üzrə biliklərinin olması arzu olunur.