İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Ana səhifə
/
/
/
İT idarəçiliyi üzrə mütəxəssis/aparıcı mütəxəssis

İT idarəçiliyi üzrə mütəxəssis/aparıcı mütəxəssis

Bu gün

4

Təsvir

  • İT idarəetmə çərçivələrinin (COBIT, ITIL), bu istiqamətdə requlyativ tələblərin effektiv tətbiqinin təmin edilməsi; 
  • İT idarəetmə çərçivələrinə və Agentlikdə müəyyən edilmiş İT və informasiya təhlükəsizliyi siyasətləri, prosedurları, standartları və təlimatlarına əsaslanaraq, idarəetmə proseslərinin davamlı təkmilləşdirilməsinə və optimallaşdırılmasına dəstək göstərilməsi; 
  • İT xidmət səviyyəsin üzrə razılaşmaların (SLA), xidmət performans göstəricilərinin (KPI) izlənilməsi, nəticələrin təhlili və davamlı təkmilləşdirilməsinə dəstək göstərilməsi; 
  • Yeni texnologiyalar və innovativ həllərin İT strategiyasına inteqrasiyasının təmin edilməsi, rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərinin idarə olunmasına dəstək göstərilməsi; 
  • Agentliyin İT və informasiya təhlükəsizliyi ilə bağlı risklərinin idarə edilməsi, ISO standartlarına uyğunluğunun təmin edilməsi fəaliyyətinin icrası üçün müvafiq departamentlərlə sıx əməkdaşlıq edilməsi; 

Tələblər

  • informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, və ya əlaqəli sahədə bakalavr və ya magistr dərəcəsi; 
  • İT idarəetmə və informasiya təhlükəsizliyi sahəsində 2-3 il iş təcrübəsi; 
  • COBIT, ITIL və digər IT idarəetmə və təhlükəsizlik çərçivələri üzrə bilik və təcrübə; 
  • risk idarəetməsi, uyğunluq və audit sahələrində biliklər; 
  • İT xidmətlərinin idarə edilməsi (SLA, KPI) və optimallaşdırılması üzrə təcrübə; 
  • rəqəmsal transformasiya, avtomatlaşdırma və yeni texnologiyaların tətbiqi üzrə biliklər; 
  • İT infrastrukturunun əsas komponentləri (şəbəkələr, serverlər, bulud həlləri) üzrə biliklər; 
  • İT idarəetmə üzrə sənədlərin hazırlanması və tətbiqi təcrübəsi; 
  • İT sistemləri və proseslərinin avtomatlaşdırılması üzrə biliklər. 
  • güclü analitik düşünmə və problemləri həll etmə bacarığı; 
  • yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı (Azərbaycan və İngilis dillərində); 


Vakansiya haqqında

Son tarix

October 11, 2026

Paylaşılıb

sentyabr 11, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik