Agentliyin struktur bölmələrinin fəaliyyət istiqamətlərini analiz etmək, məsuliyyət bölgüsünü, təsdiq mərhələlərini və nəzarət mexanizmlərini qiymətləndirmək;
Siyasət, prosedur, qayda, əsasnamə və s. daxili normativ sənəd layihələrinin hazırlanmasına dəstək olmaq, təqdim olunan layihələrə komplayens rəyi bildirmək;
Agentliyin qüvvədə olan daxili normativ sənədləri üzrə təkliflər hazırlamaq;
Təsdiqlənmiş daxili normativ sənədləri vahid reyestrdə qeydiyyata almaq, versiyaları, qüvvəyə minmə tarixlərini və növbəti baxış müddətlərini müəyyən etmək;
Şöbənin iş planına uyğun olaraq proses, məhsul və xidmətlər üzrə komplayens qiymətləndirmələrində, kontragent yoxlamalarında (KYC/KYA), maraqların toqquşması, etik davranış və digər proseslər üzrə monitorinqlərdə iştirak etmək, rəy və hesabatlar hazırlamaq.
Tələblər
Hüquq, dövlət idarəçiliyi, iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
Daxili normativ sənədlərin hazırlanması, biznes proseslərinin sənədləşdirilməsi, metodologiya, komplayens, daxili nəzarət və ya əlaqəli sahədə azı 1il iş təcrübəsi;
ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi standartı üzrə praktiki biliklərin və təcrübənin olması vacibdir.;
Elektron sənəd dövriyyəsi sistemləri ilə iş bacarığı üstünlükdür;
Microsoft Office proqramı və əsasən MS Word-də düzəlişlərin izlənməsi və sənəd versiyalarının müqayisəsi üzrə yaxşı səviyyədə bilik;
Kollektivlə işləmə bacarığı;
Azərbaycan dili səlis (yazı və danışıq), digər dil bilikləri üstünlükdür.