İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Kopirayter

Bu gün

14

Təsvir

  • Konsept və Layihə Yaradılması: İDDA-nın rəqəmsal platformaları üçün ehtiyaclara və briflərə uyğun innovativ konseptlər və layihə ideyaları hazırlamaq;
  • Məzmunun Hazırlanması: Veb-sayt mətni (mobil tətbiq mətnləri daxil olmaqla), sosial media paylaşımları, reklam mətnləri (Google Search, Meta Ads və s.), e-poçt marketinqi və digər rəqəmsal platformalar üçün cəlbedici yazılı məzmunlar hazırlamaq;
  • Video Ssenariləri: TikTok və Instagram kanalları üçün qısa, rəqəmsal yönümlü video ssenarilər yazmaq;
  • Komanda ilə Əməkdaşlıq: Yazılı məzmunun ümumi rəqəmsal marketinq kampaniyalarına qüsursuz inteqrasiyası üçün Rəqəmsal Marketinq komandası ilə birlikdə çalışmaq;
  • Brend Uyğunluğu: İDDA-nın brend qaydalarına sadiq qalaraq, bütün rəqəmsal məzmunlarda mesajın, tonun və brend səsində (brand voice) ardıcıllığı təmin etmək;
  • SEO Optimizasiyası: Görünürlüğü və axtarış motoru sıralamasını artırmaq üçün yazılı məzmunda SEO-nun ən yaxşı təcrübələrini tətbiq etmək;
  • Analitika və Strategiya: Auditoriyanın cəlb edilməsini (engagement) optimallaşdırmaq məqsədilə data və analitik göstəricilər əsasında məzmun strategiyalarını uyğunlaşdırmaq;
  • İstehsalat Prosesi: Yazılı məzmunun ümumi marketinq hədəfləri ilə uyğunlaşdırılması üçün Rəqəmsal Marketinq və Prodakşn komandaları ilə (daxili və ya 3-cü tərəf tərəfdaşlar) sıx əməkdaşlıq etmək;
  • İnnovativ Kopiraytinq: Kopiraytinqə innovativ yanaşmalar gətirərək məzmunun hər zaman təzə, aktual və təsirli qalmasını təmin etmək;
  • Adaptasiya: Yazı üslubunu və tonunu müxtəlif rəqəmsal platformalara və hədəf kütlələrinə uyğunlaşdırmaq;
  • Məzmun Paylanması: Yazılı məzmunun rəqəmsal kanallarda effektiv şəkildə çatdırılmasını təmin etmək üçün məzmun paylama strategiyalarında iştirak etmək;
  • Trendlərin İzlənməsi: Məzmun keyfiyyətini və təsirini daim artırmaq üçün sənaye trendlərini və yeni yaranan məzmun formatlarını yaxından izləmək.

Tələblər

  • Təhsil: Marketinq, Kommunikasiya, Filologiya və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi;
  • Dil bilikləri: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək. İngilis və/və ya rus dili bilikləri arzuolunandır;
  • İş təcrübəsi: Kreativ agentlikdə və ya müştəri tərəfində (in-house) rəqəmsal marketinq məzmunu sahəsində kopirayter kimi 3-5 illik təsdiqlənmiş iş təcrübəsi;
  • Portfoliо: Müxtəlif rəqəmsal platformalar üçün hazırlanmış fərqli yazılı məzmun nümunələrindən ibarət güclü portfolio;
  • Yaradıcılıq: Kopiraytinq sahəsində kreativ və strateji düşünmə bacarığı;
  • Kommunikasiya: Mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Adaptasiya: Məzmunu fərqli rəqəmsal platformalara və hədəf kütlələrinə uyğunlaşdırma bacarığı;
  • Komanda işi: Rəqəmsal marketinq və digər daxili komandalar daxilində sıx əməkdaşlıq və ünsiyyət qurmaq bacarığı.

Vakansiya haqqında

Son tarix

May 3, 2026

Paylaşılıb

aprel 3, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr