Şöbənin fəaliyyətinin təşkili, fəaliyyət planlarının hazırlanması və tapşırıqların vaxtında, keyfiyyətli icrasının təmin edilməsi;
Şöbənin Agentliyin iclaslarında, tədbirlərində və işgüzar görüşlərdə təmsil edilməsi;
İş bölgüsünün aparılması, tapşırıqların icra müddətlərinin müəyyən edilməsi, əməkdaşların fəaliyyətinin əlaqələndirilməsi və intizama nəzarət;
Əməkdaşlara metodiki dəstəyin göstərilməsi, fəaliyyətinin qiymətləndirilməsi və peşəkar inkişafının təmin edilməsi;
Şöbənin və əməkdaşların peşəkarlığının artırılması üzrə inkişaf tədbirlərinin təşkili və təkliflərin hazırlanması;
Agentliyin məhkəmələrdə hüquq və qanuni mənafelərinin müdafiəsi, prosessual sənədlərin və məhkəmə qərarlarının icrasının hüquqi təminatına nəzarət;
Rəqəmsallaşma, innovasiya, mülki, maliyyə, vergi, əmək, dövlət satınalmaları və digər sahələr üzrə qanunvericiliyin təhlili, tətbiqinə nəzarət və hüquqi risklərin qiymətləndirilməsi;
Dövlət və özəl qurumlarla hüquqi məsələlər üzrə əməkdaşlığın, işgüzar yazışmaların və hüquqi rəylərin hazırlanmasının təmin edilməsi;
Korporativ hüquqi sənədlərin hazırlanması, ekspertizası, razılaşdırılması və sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanılması;
Agentlik daxilində qanunvericiliyə və daxili normativ aktlara uyğunluq üzrə hüquqi dəstəyin göstərilməsi;
Komissiya və işçi qruplarının fəaliyyətində iştirak edilməsi;
Xidməti məlumatların, dövlət, kommersiya sirrinin və konfidensial məlumatların qorunmasının təmin edilməsi;
Rəhbərlik tərəfindən verilən və fəaliyyət istiqamətinə uyğun digər tapşırıqların qanunvericiliyin tələblərinə uyğun icra edilməsi.
Tələblər
Hüquq sahəsi üzrə ali təhsil;
Hüquq sahəsində minimum 5 il iş stajı və minimum 2 il idarəçilik təcrübəsi;
Azərbaycan Respublikasının əsas qanunvericilik aktlarını, o cümlədən Konstitusiya, Mülki, Əmək, Mülki Prosessual, İnzibati Xətalar, İnzibati Prosessual məcəllələri və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun əsaslarını bilmək;
Azərbaycan dilində səlis hüquqi yazılı və şifahi ünsiyyət, İngilis dilində yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Müvafiq normativ hüquqi aktlardan və təlimat-metodik sənədlərdən istifadə etmək bacarığı;
Korporativ idarəetmə və etik davranış qaydaları üzrə biliklər;
Korporativ hüquq və müqavilələrlə, o cümlədən müqavilə layihələrinin hazırlanması və hüquqi rəylərin verilməsi üzrə təcrübə;
Yüksək idarəetmə, liderlik, təşkilatçılıq, təqdimat və komanda ilə işləmək bacarıqları;
Hüquqi problemləri müəyyənləşdirmək, təhlil etmək və effektiv həll yolları hazırlamaq bacarığı;
Analitik düşüncə, dəqiqlik və detallara diqqət;
Yüksək hüquqi nitq və yazışma bacarığı;
Danışıqlar aparmaq və effektiv qərar qəbul etmək bacarığı;
Microsoft Office proqramlarından istifadə bacarığı;
İşə yaradıcı və təşəbbüskar yanaşma, yeni ideyalar irəli sürmək və onları təşviq etmək bacarığı;