Təsvir
- Tərəfdaş qurumlardan təlimlərə cəlb edilməsi prosesinin təşkili;
- Məzunların işə düzəlmə prosesinə dəstək: CV hazırlanması, işəgötürənlərlə ilkin əlaqələrin qurulması;
- Karyera sərgilərinin və işəgötürənlərlə HR görüşlərinin təşkili;
- Məzunlar üçün müsahibəyə hazırlıq və işəgötürənlərlə uyğunlaşdırma (matching) prosesinin idarə edilməsi;
- Məzunların məşğulluğunun izlənməsi və aylıq hesabatlılığının qurulması;
- Məzun icmasının (alumni community) formalaşdırılması və məzunlarla davamlı əlaqələrin saxlanılması;
- Memorandum və sponsorluqların rəsmiləşdirilməsi prosesində dəstək verilməsi;
- Vətəndaş müraciətlərinin qəbulu, emalı və vaxtında cavablandırılmasının təmin edilməsi;
- Məzun günlərinin təşkili prosesinə administrativ dəstək verilməsi;
- Hakatonların təşkilində inzibati dəstəyin göstərilməsi;
- Tələbələrin universitet sənədləşmələrinin hazırlanması və akademik qeydiyyat prosesinin aparılması;
- Universitetlərlə layihələr üzrə koordinasiyanın təşkili;
- Universitetlərlə əlaqələrin qurulması və əməkdaşlıq sazişlərinin imzalanması prosesinin təşkili;
- Əməkdaş universitetlərdə tədrisin təşkili və tədris prosesinin izlənməsinin idarə edilməsi.
Tələblər
- İnformasiya Texnologiyaları, Menecment, Beynəlxalq əlaqələr və ya əlaqəli sahədə Bakalavr dərəcəsi;
- Layihə idarəetmə sahəsində (büdcələmə, sənədlərin idarəsi daxil olmaqla) ən azı 2 il təcrübə;
- Layihə idarəetmə metodologiyaları (məsələn, Agile, Scrum, Waterfall) haqqında yaxşı bilik və müvafiq sertifikatın olması (PMP, PMI-ACP və s.);
- Əla ünsiyyət və təşkilatçılıq bacarıqları;
- Problemləri həll etmək üçün analitik düşüncə qabiliyyəti;
- MS Office, JIRA və ya oxşar layihə idarəetmə alətlərindən istifadə bacarığı;
- Çoxşaxəli mühitdə komanda işləmə təcrübəsi;
- Rəsmi məktubların hazırlanması və ESD sistemində istifadə bacarığı.
Vakansiya haqqında
Vəzifə dərəcəsi
Mütəxəssis
Kateqoriya
Təhsil