İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Ana səhifə
/
/
/
Məhsulların inkişafına dəstək üzrə əməliyyatçı

Məhsulların inkişafına dəstək üzrə əməliyyatçı

02-05-2025

381

Təsvir


Rəqəmsal məhsulların inkişafı departamenti Rəqəmsal məhsullara dəstək üzrə əməliyyatçı vəzifəsinə vakansiya elan edir.

Məhsullara dəstək prosesinin səmərəli şəkildə təşkili və idarəedilməsi məqsədilə dinamik və yüksək motivasiyalı əməliyyatçı axtarırıq. Bu vəzifə maraqlı tərəflər, texniki komanda və layihə menecerləri ilə effektiv şəkildə əlaqə saxlamaq üçün güclü ünsiyyət bacarıqları tələb edir. Bundan əlavə, namizəd mükəmməl yazı bacarıqlarına və layihə əməliyyatlarını təmin etmək üçün minimal texniki biliklərə sahib olmalıdır.


  • Əməliyyat prosesinin effektiv idarəolunması məqsədilə layihə meneceri, texniki komanda və maraqlı tərəflərlə effektiv kommunikasiyanın təşkil olunması;
  • Görüşlərin planlaşdırılması, gündəliyin hazırlanması və protokolların sənədləşdirilməsi daxil olmaqla, layihə fəaliyyətlərinin əlaqələndirilməsinə dəstək verilməsi;
  • Layihə planları, status hesabatları və istifadəçi təlimatları daxil olmaqla, layihə sənədlərinin işlənib hazırlanmasına və saxlanmasına köməklik göstərilməsi;
  • Əməliyyat prosesinin gedişatına nəzarət etmək və potensial problem və ya riskləri müəyyənləşdirmək, həlli üçün müvafiq maraqlı tərəflərə çatdırılması və tədbirlərin görülməsi;
  • Maraqlı tərəflərdən gələn problemlərə bağlı sorğuların vaxtında həll edilməsi və texniki qruplarla sıx əməkdaşlıq edilməsi;
  • Layihə meneceri tərəfindən tapşırıqların vaxtında icrasının təmin edilməsi;
  • Görülən işlərin statusu barədə layihə menecerinə mütəmadi məlumatların və hesabatların təqdim edilməsi.
  • Tərəfdaş qurumların sistemlərinin API vasitəsilə inteqrasiyası və qeydiyyat proseslərinin icrası;
  • API sənədlərinin (OpenAPI, Swagger, Postman və s.) texniki uyğunluğunun yoxlanılması və təhlili;
  • API açarlarının (access token, client ID, secret və s.) yaradılması, ötürülməsi və təhlükəsiz şəkildə idarə olunması;
  • API sınaqlarının aparılması, nəticələrin sənədləşdirilməsi və texniki hesabatların hazırlanması;
  • Məlumat axınının fasiləsiz və təhlükəsiz aparılması üçün sistemlərarası inteqrasiya proseslərinə nəzarət və texniki dəstək;
  • API sorğularının monitorinqi, performans və uyğunluq problemlərinin təhlili və aidiyyəti texniki komanda ilə birgə həlli;
  • Gündəlik texniki və əməliyyat fəaliyyətlərinin yerinə yetirilməsi, texniki sənədlərin işlənməsi və arxivləşdirilməsi.

 

Tələblər

  • Ali texniki təhsil (İT, Kompüter elmləri və ya əlaqəli sahələr üzrə);
  • Texniki əməliyyatlar və sistem inteqrasiyası sahəsində 1–3 il iş təcrübəsi;
  • API-lərlə (REST, JSON, Swagger, Postman) işləmə bacarığı;
  • Texniki sənədlərlə işləmək və sınaq mühitlərində testlər aparmaq bacarığı;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Komanda ilə işləmə və effektiv ünsiyyət bacarığı;
  • Git, Jira və digər texniki alətlərlə işləmə təcrübəsi üstünlük sayılır;
  • ESD sistemləri (Elektron sənəd dövriyyəsi) ilə işləmə bacarığı və daxili sənədləşmə prosedurlarına bələdlik;
  • Rəsmi və korporativ yazışma qaydalarına əməl etmə, yazılı ünsiyyət mədəniyyəti;
  • ITIL və ya digər İT sertifikatlar (üstünlükdür).


Vakansiya haqqında

Son tarix

June 11, 2025

Paylaşılıb

may 2, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik