İstifadəçinin bütün əlaqə nöqtələrini, təcrübələrini və qarşılaşmalarını izləyərək müştəri səyahətlərini xəritələşdirmək;
İstifadəçi rəylərini toplamaq, izləmək və təhlil etmək; toplanan məlumatlara əsaslanaraq daxili inkişaflar təklif etmək və müştəri təcrübəsi performansını qiymətləndirmək üçün CSAT kimi ölçümləri izləmək;
Müştəri xidməti rəhbərləri və digər müştəri ilə birbaşa əlaqə quran komandalarla müntəzəm ünsiyyət qurmaq və marka təcrübəsində mövcud boşluqları və imkanları müəyyənləşdirmək,
İstifadəçi ehtiyaclarını müəyyənləşdirərək müsbət təcrübələri qorumaq üçün proaktiv addımlar atmaq və müştəri təcrübəsini artırmaq məqsədilə müvafiq tədbirlər görmək;
Məhsul testlərini aparmaq və isfadəyə verilmə sonrası dəstək xidmətlərini qiymətləndirərək inkişafları asanlaşdırmaq;
İstifadəçi davranışı əsasında xidmətlərin və məhsulların təhlilini aparmaq və təkliflər hazırlamaq;
Müştəri toxunma nöqtələrində xidmət keyfiyyətinin ardıcıl olaraq yaxşılaşdırılması üçün ssenarilər hazırlamaq;
Şirkətin əsas KPI-larını izləmək, zəif nöqtələri müəyyənləşdirmək və bu barədə rəhbərliyə məlumat vermək;
Müştəri təcrübəsi sahəsindəki son trend və yenilikləri izləmək, tətbiq etmək və şirkətə uyğunlaşdırmaq;
Müştəri xidmətləri komandası ilə sıx əməkdaşlıq edərək müştərilərin qarşılaşdığı çətinliklərin həllinə yönəlmiş effektiv addımlar atmaq.
Tələblər
Ali təhsil;
Müştəri təcrübəsi, müştəri xidməti və ya əlaqəli sahələrdə ən azı 1-2 il iş təcrübəsi;
Azərbaycan, İngilis, Rus dilində ünsiyyət bacarıqları;
Microsoft Office proqramlarında yüksək səviyyədə biliklər (Word, Excel, PowerPoint);
Çətin vəziyyətlərdə effektiv işləmək və düzgün qərarlar qəbul etmək bacarığı;
Yeni həllər və təşəbbüslər irəli sürmək bacarığı;
Tədbirləri və resursları düzgün planlaşdırmaq və təşkil etmək bacarığı;
Müştəri rəylərini təhlil edərək əməliyyatları optimallaşdırmaq bacarığı.