Gündəlik laboratoriya əməliyyatlarının idarə edilməsi (avadanlıqların rezervasiyası, iş sahələrinin paylanması, istifadəçi girişi);
Alətlərin, materialların və ehtiyat hissələrin inventarının qorunması; təchizat və tədarükçülərlə əlaqələr(gərəkdiyi halda);
Təhlükəsizlik qaydalarına (OSHA, elektrik təhlükəsizliyi) və təmizlik standartlarına riayət və riayətə nəzarət;
Laboratoriya istifadəsi üçün qaydalar, təlim proqramları və ən yaxşı təcrübələrin hazırlanması;
Kompüter avadanlıqlarının istifadə təlimatlarına nəzarət və eletron təhlükəsizliyə nəzarət;
Avadanlıqların (3D printerlər, alət-dəzgah maşınları, lehim stansiyaları, osiloskoplar) müntəzəm texniki qulluğu, kalibrləməsi və problemlərin aradan qaldırılması;
Elektrik, mexaniki və ya proqram təminatı ilə bağlı problemlərin müəyyən edilməsi və həlli (lazım gələrsə, digər texniklərlə əməkdaşlıqla);
Laboratoriya infrastrukturu (elektrik təchizatı, havalandırma, IT sistemlər) üzərində nəzarət;
Aparat təminatına yönəlmiş hackathonlar, təlimlər, seminar və innovasiya müsabiqələrinin təşkili;
Startaplar, universitetlər və sənaye tərəfdaşları ilə əməkdaşlıqla effektiv proqramların hazırlanması;
Laboratoriya istifadəçilərinə (startaplar, tələbələr, sahibkarlar) prototipləşdirmə texnikaları, dizayn düşüncəsi və layihə idarəetməsi üzrə mümkün qədər mentorluq dəstəyinin göstərilməsi;
Laboratoriyanın imkanlarının təbliği (yeni istifadəçi və tərəfdaşların cəlb edilməsi).
Tələblər
Ali təhsil, xüsusilə Mexanika/Elektrik Mühəndisliyi, Sənaye Dizaynı və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi, Biznes idarəçiliyi, Mexatronika və Robototexnika mühəndisliyi;
Dil: Azərbaycan dili(mükəmməl), İngilis dili(orta və ya yaxşı);
Beynəlxalq əməkdaşlıqların qurulması, dünyanın və regionun önəmli laboratoriya mərkəzlərinə səfər və təcrübə mübadiləsində iştirak;
Laboratoriya/emalatxana idarəetməsi, texniki qulluq və ya hardver prototipləşdirmə sahəsində ən azı 1,5-3 il təcrübə;
Prototipləşdirmə alətləri (3D printerlər, lazer kəsici maşınlar, PCB freze maşınları) ilə iş təcrübəsi;
Elektrik sistemləri, IoT cihazları və CAD/CAM proqramları (SolidWorks, Fusion 360) bilikləri;
Əsas proqramlaşdırma/script bilikləri (Python, Arduino) üstünlükdür;
MS Office və Mac əməliyyat sistemləri ilə işləyə bilmə qabiliyyəti;
Təşkilatçılıq, çoxtapşırıqlı idarəetmə və problem həll bacarığı;
Kommunikasiya və mentorluq bacarığı;
Tədbir təşkili və icma layihələri təcrübəsi;
Avadanlıq texniki qulluğu, elektrik təhlükəsizliyi və ya layihə idarəetmə (PPM kimi) sertifikatları üstünlükdür;
Startap ekosistemləri, inkubatorlar və ya "maker" məkanları ilə iş təcrübəsi üstünlükdür;
Sürətli prototipləşdirmə, kiçik partiyalı istehsal və fiziki məhsul əsaslı çevik metodologiyalar haqqında biliklərə sahib olmaq üstünlükdür.