İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Ana səhifə
/
/
/
Nüvə tədqiqatları üzrə aparıcı elmi işçi

Nüvə tədqiqatları üzrə aparıcı elmi işçi

Bu gün

18

Təsvir

  • Elmi-tədqiqat proqramlarının və iş planlarının hazırlanması, müvafiq eksperimental və analitik metodların seçilməsi, mürəkkəb elmi-texniki problemlərin həlli yollarının müəyyənləşdirilməsi;
  • Eksperimental nəticələrin təhlili, ümumiləşdirilməsi və əldə olunan elmi nəticələrin praktiki tətbiq imkanlarının qiymətləndirilməsi;
  • Nüvə və neytron fizikası, nüvə spektroskopiyası, radiasiya fizikası, detektor texnologiyaları, materialşünaslıq və digər əlaqəli sahələr üzrə tədqiqatlarda birbaşa iştirak;
  • Qabaqcıl yerli və beynəlxalq elmi-texniki məlumatların təhlili və yeni tədqiqat istiqamətləri üzrə təkliflərin hazırlanması;
  • Departament tərəfindən həyata keçirilən yerli və beynəlxalq layihələrdə məsul icraçı kimi iştirak etmək;
  • Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA), Ukraynanın Elm və Texnologiya Mərkəzi (STCU), Avropa Birliyi, Elm Fondu və digər tərəfdaş qurumlarla birgə həyata keçirilən layihələrdə elmi-texniki tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək;
  • Digər elmi təşkilatlarla birgə aparılan işlərin əlaqələndirilməsində iştirak etmək;
  • Layihə nəticələrinin təhlil edilməsi və müvafiq hesabatların, analitik materialların, elmi məqalələrin və təqdimatların hazırlanması;
  • Agentliyi yerli və beynəlxalq elmi tədbirlərdə təmsil etmək;
  • Nüvə və radiasiya təhlükəsizliyi üzrə qüvvədə olan norma və tələblərə qəti riayət etmək;
  • Sahə üzrə əməkdaşların elmi-peşəkar inkişafını dəstəkləmək və elmi təcrübəni komanda ilə bölüşmək.

Tələblər

  • Müvafiq istiqamət üzrə tam ali təhsil;
  • Minimum fəlsəfə doktoru elmi dərəcəsi;
  • Nüvə və radiasiya fizikası və ya əlaqəli sahədə minimum 10 il iş və elmi-tədqiqat təcrübəsi;
  • Nüvə və radiasiya fizikası üzrə yüksək nəzəri, praktiki və texniki biliklər;
  • Elmi-tədqiqat işlərinin planlaşdırılması, təşkili və nəticələrin təhlili bacarığı;
  • Nüvə və radiasiya təhlükəsizliyi üzrə norma və standartlar barədə biliklər;
  • Nüvə və radiasiya fizikası üzrə ən azı 10 yerli və/və ya beynəlxalq elmi tədbirdə iştirak təcrübəsi;
  • Elmi və elmi-texniki hesabatların hazırlanması bacarığı;
  • Yerli və beynəlxalq elmi layihələrdə iştirak və əməkdaşlıq bacarığı;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
  • İngilis dili üzrə minimum B2 səviyyəsi (rus dili biliyi arzuolunandır);
  • MS Office proqramlarından istifadə bacarığı;
  • Təşkilatçılıq, təşəbbüskarlıq, qərarvermə, problem həll etmə və müstəqil işləmə bacarıqları.


Qeyd: Vəzifə funksiyalarından irəli gələn tələblərin icrası məqsədilə xarici ölkələrdə uzunmüddətli ezamiyyətlərdə olmaq nəzərdə tutulur.

Vakansiya haqqında

Son tarix

October 2, 2026

Paylaşılıb

sentyabr 2, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

9 ildən artıq

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Fəlsəfə doktoru

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik