İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Ana səhifə
/
/
/
Project Manager (Monitoring & Execution Focus)

Project Manager (Monitoring & Execution Focus)

Dünən

271

Təsvir

  • Layihələrin icra vəziyyətinin müntəzəm monitorinqinin aparılması;
  • Layihə planları, yol xəritələri və vaxt cədvəlləri üzrə icranın izlənməsi və nəzarət edilməsi;
  • Layihələr üzrə əsas fəaliyyət göstəricilərinin (KPI) müəyyənləşdirilməsi və icrasının izlənməsi;
  • Gecikmələrin, risklərin və icra problemlərinin vaxtında müəyyən edilməsi və eskalasiyası;
  • Layihə tapşırıqlarının prioritetləşdirilməsi və resursların düzgün bölüşdürülməsinə nəzarət edilməsi;
  • Paralel icra olunan bir neçə layihənin operativ və koordinasiyalı idarə edilməsi;
  • Rəhbərlik üçün qısa, strukturlaşdırılmış və faktlara əsaslanan hesabatların hazırlanması;
  • Dövlət qurumları və digər tərəfdaşlarla birgə icra olunan layihələrdə Agentlik adından iştirakın təmin edilməsi;
  • Layihələr üzrə qərarların real icra vəziyyətinə əsaslanaraq formalaşdırılmasına dəstəyin göstərilməsi.

Tələblər

  • Ali təhsil (layihə idarəetməsi, menecment, informasiya texnologiyaları və ya müvafiq sahələr üzrə);
  • Layihə idarəetməsi üzrə minimum 4-6 il iş təcrübəsi;
  • Layihələrin başdan sona qədər icrasında praktiki nəzarət və tamamlama təcrübəsi;
  • Planlama, monitorinq və hesabat üzrə güclü biliklər;
  • Jira, ClickUp, Notion və ya oxşar layihə idarəetmə alətləri ilə iş təcrübəsi;
  • Risklərin idarə olunması və icra problemlərinin operativ həlli bacarığı;
  • KPI-ların hazırlanması və icra effektivliyinin ölçülməsi üzrə təcrübə;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı, maraqlı tərəflərlə effektiv əməkdaşlıq;
  • Azərbaycan dili – səlis; İngilis dili – işgüzar səviyyədə.

 

Üstünlük sayılacaq

  • Dövlət qurumlarında layihə idarəetməsi təcrübəsi;
  • Beynəlxalq tərəfdaşlarla və çoxtərəfli layihələrlə iş təcrübəsi;
  • Oyun ekosistemi, sənayesi və ya rəqəmsal kreativ sahələr üzrə layihələrdə iştirak;
  • Startap, innovasiya ekosistemi və ya texnoloji icma yönümlü istiqamətlərdə iş təcrübəsi;
  • “Agile”, “Scrum” və ya hibrid layihə idarəetmə metodologiyaları üzrə praktiki biliklər.

Vakansiya haqqında

Son tarix

February 17, 2026

Paylaşılıb

yanvar 8, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə