İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Ana səhifə
/
/
/
Qlobal media və ictimaiyyətlə əlaqələr üzrə ekspert

Qlobal media və ictimaiyyətlə əlaqələr üzrə ekspert

Bu gün

47

Təsvir

  • Beynəlxalq İKT ixrac potensialını və ölkənin qlobal texnoloji mövqeyini gücləndirməyə yönəlmiş beynəlxalq media ilə əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Agentliyin beynəlxalq PR siyasətinin innovasiya ekosisteminin təşviqi və rəqəmsal ixrac hədəflərinə uyğunlaşdırılması;
  • Beynəlxalq texnologiya, B2B biznes və investisiya yönümlü media nümayəndələri , jurnalistlər və aparıcı media qurumları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
  • Beynəlxalq jurnalistlərin qurum, Azərbaycanın rəqəmsal tranzit potensialı, yerli startap ekosistemi və qlobal səviyyəli İKT layihələri barədə məlumatlandırılması və onlarla daimi ünsiyyətin saxlanılması;
  • İngilis və digər xarici dillərdə xarici auditoriya (investorlar, texnoloji tərəfdaşlar, qlobal istehlakçılar) üçün press-relizlərin, məqalələrin, "case study"-lərin və çıxış nitqlərinin hazırlanması;
  • Agentliyin beynəlxalq media üçün nəzərdə tutulan mesajlarının, xüsusilə İKT ixracı və rəqəmsal transformasiya ilə bağlı məlumatların dəqiq və strateji şəkildə çatdırılmasına nəzarət edilməsi;
  • Beynəlxalq səviyyədə böhran vəziyyətlərində kommunikasiya planlarının hazırlanması və həyata keçirilməsi;
  • Xarici media ilə böhran dövründə düzgün və effektiv ünsiyyətin qurulmasının təmin edilməsi;
  • Beynəlxalq media nəşrlərinin və onlayn platformalarda ölkənin İKT sektoru və qurum haqqında yayımlanan məlumatların monitorinqi;
  • Xarici PR agentlikləri və ixtisaslaşmış texnoloji media qurumları ilə əməkdaşlıq strategiyalarının hazırlanması və idarə edilməsi;
  • Beynəlxalq media agentlikləri ilə müqavilələrin bağlanması və tərəfdaşlıq əlaqələrinin idarə olunması.


Tələblər

  • Jurnalistika, ictimaiyyətlə əlaqələr, media, beynəlxalq əlaqələr və ya əlaqəli sahə üzrə minimum 5 il iş stajı;
  • Texnologiya, İKT, rəqəmsal inkişaf və ya startap ekosistemi sahələrində beynəlxalq PR təcrübəsinin olması ciddi üstünlükdür;
  • Qlobal media mühiti, beynəlxalq KİV strukturları və texnoloji/biznes kommunikasiya metodları haqqında geniş biliklərə sahib olması;
  • Beynəlxalq təşkilatlar, qlobal texnologiya korporasiyaları və ya İKT yönümlü dövlət/özəl qurumlarda PR sahəsində təcrübə üstünlükdür;
  • Mürəkkəb texnoloji və innovativ həlləri xarici hədəf auditoriya və investorlar üçün anlaşıqlı və cəlbedici məzmunlara çevirmək bacarığı;
  • Azərbaycan dili – sərbəst yazı və ünsiyyət bacarığı üstünlükdür, İngilis dili biliyi – mükəmməl yazılı və şifahi səviyyədə, Rus dili - yaxşı yazılı və şifahi səviyyədə biliyə sahib olması;
  • Qlobal media qurumları (xüsusilə biznes və texnologiya mediası) və beynəlxalq jurnalistlər ilə iş təcrübəsi;
  • Effektiv ünsiyyət bacarıqları, Kreativ və analitik düşüncə;
  • Yüksək təşkilatçılıq və planlaşdırma bacarığı;
  • Konfliktlərin idarəolunması və böhran idarəetmə bacarığı;
  • Komandayönümlülük və tərəfdaşlıq;
  • Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət.


Vakansiya haqqında

Son tarix

September 18, 2026

Paylaşılıb

avqust 19, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr