Rəqəmsal hökumət üzrə biznes analitik dövlət qurumları ilə həyata keçirilən rəqəmsal transformasiya təşəbbüslərində biznes analizi fəaliyyətlərinin aparılmasına dəstək göstərəcək. Vəzifənin əsas məqsədi mürəkkəb biznes və idarəetmə problemlərini anlamaq, istifadəçi və təşkilati ehtiyacları müəyyən etmək və bu ehtiyacların proses, xidmət, məlumat və texnologiya baxımından daha effektiv həllərə çevrilməsinə kömək etməkdir.
Əməkdaş dövlət qurumlarının və digər maraqlı tərəflərin nümayəndələri, proses sahibləri və texniki mütəxəssislərlə əməkdaşlıq edərək dəyişiklik üçün imkanları müəyyən edəcək və qərarverməni dəstəkləyən analitik nəticələr hazırlayacaq.
Əsas vəzifələr
- dövlət qurumlarının mövcud proseslərini, xidmətlərini və fəaliyyət modellərini araşdırmaq, problemləri, kök səbəbləri və inkişaf imkanlarını müəyyən etmək;
- müsahibələr, işçi görüşlər və workshop-lar vasitəsilə biznes, istifadəçi və digər maraqlı tərəflərin ehtiyaclarını toplamaq, təhlil etmək, dəqiqləşdirmək və prioritetləşdirmək;
- mövcud və hədəf vəziyyəti təhlil etmək, AS-IS və TO-BE proses modellərini hazırlamaq və proseslərin sadələşdirilməsi və təkmilləşdirilməsi üzrə təkliflər formalaşdırmaq;
- müəyyən edilmiş problemlərin həlli üçün mümkün alternativləri araşdırmaq, onların fayda, risk, təsir, asılılıq və həyata keçirilmə imkanlarını müqayisə etmək;
- biznes və istifadəçi ehtiyaclarını aydın və icra edilə bilən tələblərə, proses dəyişikliklərinə, tədbirlərə və gözlənilən nəticələrə çevirmək;
- rəqəmsal xidmət və təşəbbüslərin istifadəçi ehtiyaclarına, təşkilati məqsədlərə və ümumi rəqəmsal inkişaf istiqamətlərinə uyğunluğunu qiymətləndirmək;
- dəyişikliklərin proseslərə, istifadəçilərə, təşkilati rollara, məlumatlara və mövcud sistemlərə mümkün təsirlərini təhlil etmək;
- dövlət qurumlarından daxil olan hesabat və monitorinq məlumatlarının strukturlaşdırılması, göstəricilərin vahid tərif və təsnifatlarının formalaşdırılması və məlumatların müqayisə edilə bilən şəkildə təşkil olunmasına dəstək göstərmək;
- məlumat ehtiyaclarını, məlumat mənbələrini, göstəricilər arasındakı əlaqələri və məlumat keyfiyyəti ilə bağlı məhdudiyyətləri müəyyən etmək;
- biznes və texniki tərəflər arasında ortaq anlayış yaratmaq, biznes ehtiyaclarının informasiya sistemləri, məlumat mübadiləsi və inteqrasiya imkanları ilə uyğunlaşdırılmasına dəstək göstərmək;
- təhlilin nəticələrini rəhbərlik və digər maraqlı tərəflər üçün aydın analitik sənəd, proses modeli, təqdimat və tövsiyələr formasında təqdim etmək;
- multidissiplinar komandalarla əməkdaşlıq edərək qəbul edilmiş dəyişikliklərin və həllərin gözlənilən biznes və istifadəçi nəticələrini təmin etməsinə dəstək göstərmək.