Brend/kontent, rəqəmsal marketinq, video/ssenari, montaj və kopiraytinq sahələrində çalışan mütəxəssislərdən ibarət geniş rəqəmsal marketinq şöbəsinin fəaliyyətini idarə etmək, tapşırıqları bölüşdürmək və komanda ruhunu qorumaq;
Agentliyin və onun tabeliyindəki rəqəmsal məhsulların daxili və xarici bazarda tanıdılması üçün qısa və uzunmüddətli rəqəmsal marketinq, performans və SEO strategiyalarını hazırlamaq;
idda.az və mygov kimi böyükmiqyaslı dövlət platformalarının axtarış sistemlərində (SEO) optimallaşdırılması prosesinə nəzarət etmək, rəqəmsal reklam kampaniyalarını idarə etmək və büdcə analizi aparmaq;
Sosial media, e-mail bülletenləri və rəqəmsal media kanalları üçün hazırlanan vizual, mətn və video kontentlərin keyfiyyətinə, agentliyin brend tonuna uyğunluğuna nəzarət etmək;
Rəqəmsal marketinq kampaniyalarının nəticələrini (KPI, ROI, konversiya dərəcələri) mütəmadi analiz etmək və rəhbərliyə hesabatlar təqdim etmək.
Tələblər
Marketinq, Reklam Biznesin idarə edilməsi ya müvafiq sahədə ali təhsil;
Rəqəmsal marketinq sahəsində minimum 7 il, komanda və ya şöbə idarəetməsində (Team Lead / Head of) isə minimum 3 il uğurlu iş təcrübəsi (Yaradıcı agentlik və ya böyük rəqəmsal layihələrin idarə edilməsi təcrübəsi üstünlükdür);
SEO (Search Engine Optimization), Google Analytics, Google Search Console və digər analitik alətlərlə mükəmməl işləmək bacarığı;
Performans marketinqi (Google Ads, Meta Ads və s.) və rəqəmsal media planlaması üzrə dərin biliklər;
Rəqəmsal trendlər, süni intellekt (LLM alətləri) və marketinq avtomatlaşdırılması texnologiyalarından xəbərdar olmaq;
Yüksək liderlik, komanda motivasiyası və tapşırıqların effektiv nümayəndəliyi (delegation) bacarığı;
Çevik (Agile) layihə idarəetmə metodologiyalarına bələdlik;
Analitik düşüncə, problem həll etmə və güclü ünsiyyət qabiliyyəti;
Uğurla başa çatdırılmış iri miqyaslı rəqəmsal kampaniyaların sübut olunmuş tarixi;
Tech, Bank, e-com və ya Telco sektorunda təcrübə — üstünlük;
Dil Bilikləri: Azərbaycan və ingilis dillərində mükəmməl yazı və şifahi ünsiyyət bacarığı.
Vakansiya haqqında
Son tarix
July 5, 2026
Paylaşılıb
iyun 5, 2026
Vakansiya növü
Tam ştat
Kateqoriya
Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr