İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Ana səhifə
/
/
/
Rəqəmsal məhsullara dəstək şöbəsinin müdiri

Rəqəmsal məhsullara dəstək şöbəsinin müdiri

Bu gün

181

Təsvir

-     Tabeliyində olan işçilərin iş yerlərinin vəzifələrinə uyğun təşkil və təmin olunmasına nəzarət edilməsi;

-     Mütamadi təkrarlanan problemlər üçün standart həll yollarının (“knowledge article”) yaradılmasının, FAQ və “runbook"ları yenilənməsinin, şöbədə biliyin paylaşılmasının təmin edilməsi;  

-     Rəqəmsal məhsullar (mygov, Digital Login və sair) üzrə istifadəçilərdən qəbul edilən və L2 səviyəsinə göndərilən müraciətlərin ilkin təsnifatının aparılması və prioritet səviyyəsinə görə bölgüsünün təşkil edilməsi;

-     Daxili və internet şəbəkəsində İT texniki dəstək işlərinə nəzarət edilməsi;

-     Şöbənin iş fəaliyyətinin təşkili və nəzarətin planlanması, digər şöbələrlə iş fəaliyyətinin effektivliyinin qiymətləndirilməsi;

-     Göstərilən dəstək və insident həll müddətlərini SLA göstəricilərinə uyğun olaraq izlənməsi, gecikmə və kənarlaşmaların aşkar edilməsi və onların aradan qaldırılması məqsədilə vaxtında müdaxilə edilməsi;

-     Əməkdaşların fəaliyyətinin əlaqələndirilməsi, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edilməsi, qiymətləndirmələrinin aparılması;

-     Komanda performansını ölçmək məqsədilə orta insident həll vaxtı (MTTR), sistemin orta nasazlıq müddəti (MTTF) və sistemin orta nasazlıqlararası müddəti (MTBF) kimi göstəricilərin toplanması və təhlil edilməsi;

-     Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində qurumun digər           strukturlarından zəruri məlumat və sənədlərinin alınması;

-     Yaranan insidentlərin İnformasiya təhlükəsizliyi departamenti ilə birgə təhlükəsizlik aspektlərinin yoxlanılması, zəruri hallarda log araşdırmaların aparılması və riskli vəziyyətlərin aradan qaldırılmasının təmin ediməsi;

-     İT texniki dəstəyin göstərilməsi üçün müvafiq avadanlıqların, proqram təminatların qurulmasının və fəaliyyətinin təşkil edilməsi;

-     Şöbəyə aid prosedur və qaydaların hazırlanmasının təşkili, onların yerinə yetirilməsinə və inkişafına, davamlılığlının icrasına nəzarət edilməsi;

-     İT aktivlərin idarə olunması işinin təşkil edilməsi;

-     Şöbənin maddi-texniki ləvazimatlarına dair tələblərin müəyyən edilməsi;

-     Rəhbərliyin tapşırığına əsasən fəaliyyəti üzrə arayışlar, hesabatlar, məlumatlar hazırlanması və araşdırmaların, yoxlamaların aparılması;

-     Vəzifəsi üzrə departament müdiri tərəfindən verilmiş yazılı və şifahi tapşırıqları yerinə yetirilməsi;

-     Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını;

-     Qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında Departamentin fəaliyyəti ilə bağlı bütün məsələlərin məxfiliyini və anonimliyinin qorunması;

-     Fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədrinin digər müvafiq tapşırıqlarını səlahiyyətləri çərçivəsində, həmçinin əmək qanunvericiliyi və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsi;

Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə fəaliyyət planını və digər bu kimi sənədlərin hazırlanmasını və nəzərdə tutulmuş tədbirlərin vaxtında, tam və keyfiyyətlə icra edilməsinin təmin edilməsi.

Tələblər

-     ali təhsil (magistr təhsili arzuolunandır);

-     minimum 7 il iş stajı;

-     kompüter,ƏS, şəbəkə;

-     İTSM;

İngilis B2;

·     ITIL v4 çərçivəsi və prinsipləri üzrə səriştəlilik

·     ITIL proseslərinin başa düşülməsi: Hadisələrin idarə edilməsi, Problemlərin idarə edilməsi, Dəyişikliklərin idarə edilməsi, Biliklərin idarə edilməsi, Xidmət Səviyyəsinin idarə edilməsi

·     İT Yardım Masası, L2 Dəstək və ya İT Xidmətlərinin İdarə Edilməsi sahəsində minimum 3 illik təcrübə

·     Genişmiqyaslı (500+ istifadəçi) infrastruktur mühitlərində dəstək qruplarının idarə edilməsində təcrübə.

Vakansiya haqqında

Son tarix

March 21, 2026

Paylaşılıb

fevral 19, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

5-8 il

Vəzifə dərəcəsi

Rəhbər

Təhsil

Bakalavr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik