İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Ana səhifə
/
/
/
Rəqəmsal məhsullara dəstək üzrə mütəxəssis

Rəqəmsal məhsullara dəstək üzrə mütəxəssis

Bu gün

25

Təsvir

• Qurum əməkdaşlarından telefon, e-poçt və ITSM tapşırıq sistemi (ServiceNow və ya digər) vasitəsilə daxil olan müraciətlərin qəbul edilməsi, qeydiyyata alınması, kateqoriyalaşdırılması və prioritetləşdirilməsi;

• Birinci səviyyədə (L1) həll olunmayan insidentlərə ikinci səviyyə (L2) texniki dəstəyin göstərilməsi;

• SLA müddətlərinə riayət olunmasının təmin olunması və insidentlərin vaxtında bağlanmasına nəzarət edilməsi;

• Həll edilməyən nasazlıqların prosedur qaydalara uyğun olaraq üçüncü səviyyəyə (L3) və ya aidiyyəti şöbələrə eskalasiya edilməsi;

• Personal kompüterlərə, printerlərə, skanerlərə və digər ofis avadanlıqlarına texniki dəstəyin göstərilməsi;

• Avadanlıqların quraşdırılması, əməliyyat sistemlərinin, drayverlərin və tələb olunan proqramların yazılmasının həyata keçirilməsi;

• Ofis avadanlıqlarında baş verən nasazlıqların yerində diaqnostikasının və bərpasının aparılması;

• Yeni iş yerlərinin infrastruktur baxımından hazırlanması və mövcud iş yerlərinin köçürülməsi işlərinin icra edilməsi;

• Planlı profilaktik texniki xidmət işlərinin yerinə yetirilməsi;

• Daxili və internet şəbəkəsində yaranan problemlərin ilkin diaqnostikasının aparılması (IP konfiqurasiyası, DNS, DHCP, şəbəkə bağlantısı problemləri);

• VPN və uzaqdan giriş xidmətləri üzrə istifadəçilərə texniki dəstəyin göstərilməsi;

• İstifadəçi hesablarının idarə edilməsinin həyata keçirilməsi (Active Directory, MFA, hüquqların verilməsi/geri alınması);

• İşdən çıxan əməkdaşların hesablarının deaktivasiya prosesinə uyğun olaraq bağlanması;

• Qurum daxilində məlumat təhlükəsizliyi siyasətlərinə riayət olunmasına nəzarət edilməsi;

• Ofis avadanlıqlarının inventarlaşma prosesində iştirak edilməsi;

• CMDB / asset management sistemində avadanlıq məlumatlarının daxil edilməsi və yenilənməsi;

• Avadanlıqların və hissələrin akt əsasında anbara təhvil-təslim edilməsi;

• Sərfiyyat materiallarının (kartric, toner və s.) vaxtında yenilənməsi üçün təchizat şöbəsi ilə koordinasiya aparılması;

• Həll edilmiş insidentlər üzrə həll yollarının bilik bazasına (Knowledge Base) daxil edilməsi;

• Texniki təlimatların və istifadəçi bələdçilərinin hazırlanması;

• Aylıq insident statistikası, SLA performansı və avadanlıq vəziyyəti üzrə hesabatların hazırlanması;

• Təkrarlanan problemlərin müəyyən edilməsi və kök səbəb təhlili (Root Cause Analysis) prosesində iştirak edilməsi;

• Əməkdaşlara əsas ofis proqramları və informasiya təhlükəsizliyi qaydaları üzrə qısa təlimatların verilməsi;

• Yeni işə başlayan əməkdaşların İT onboarding prosesinin həyata keçirilməsi;

• Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər

  • Windows və Linux əməliyyat sistemləri üzrə sərbəst biliyə;
  •  minimum 2 il iş stajı;
  •  Active Directory, GPO, DNS, DHCP, TCP/IP üzrə əməli təcrübə;
  • ITSM alətləri (ServiceNow və ya analoqu) ilə iş təcrübəsi;
  •  Ofis avadanlıqlarının (PC, printer, skaner) quraşdırılması və təmiri üzrə bilil;
  •  VPN, uzaqdan giriş texnologiyaları ilə tanışlıq;
  • Monitorinq alətləri ilə iş təcrübəsi (üstünlük);
  • ITIL Foundation sertifikatı və ya müvafiq biliyə (üstünlük);
  • Azərbaycan dilində sərbəst ünsiyyyət bacarığı, ingilis dili (texniki sənədləri oxumaq səviyyəsində);

Vakansiya haqqında

Son tarix

May 7, 2026

Paylaşılıb

aprel 7, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik