• Qurum əməkdaşlarından telefon, e-poçt və ITSM tapşırıq sistemi (ServiceNow və ya digər) vasitəsilə daxil olan müraciətlərin qəbul edilməsi, qeydiyyata alınması, kateqoriyalaşdırılması və prioritetləşdirilməsi;
• Birinci səviyyədə (L1) həll olunmayan insidentlərə ikinci səviyyə (L2) texniki dəstəyin göstərilməsi;
• SLA müddətlərinə riayət olunmasının təmin olunması və insidentlərin vaxtında bağlanmasına nəzarət edilməsi;
• Həll edilməyən nasazlıqların prosedur qaydalara uyğun olaraq üçüncü səviyyəyə (L3) və ya aidiyyəti şöbələrə eskalasiya edilməsi;
• Personal kompüterlərə, printerlərə, skanerlərə və digər ofis avadanlıqlarına texniki dəstəyin göstərilməsi;
• Avadanlıqların quraşdırılması, əməliyyat sistemlərinin, drayverlərin və tələb olunan proqramların yazılmasının həyata keçirilməsi;
• Ofis avadanlıqlarında baş verən nasazlıqların yerində diaqnostikasının və bərpasının aparılması;
• Yeni iş yerlərinin infrastruktur baxımından hazırlanması və mövcud iş yerlərinin köçürülməsi işlərinin icra edilməsi;
• Planlı profilaktik texniki xidmət işlərinin yerinə yetirilməsi;
• Daxili və internet şəbəkəsində yaranan problemlərin ilkin diaqnostikasının aparılması (IP konfiqurasiyası, DNS, DHCP, şəbəkə bağlantısı problemləri);
• VPN və uzaqdan giriş xidmətləri üzrə istifadəçilərə texniki dəstəyin göstərilməsi;
• İstifadəçi hesablarının idarə edilməsinin həyata keçirilməsi (Active Directory, MFA, hüquqların verilməsi/geri alınması);
• İşdən çıxan əməkdaşların hesablarının deaktivasiya prosesinə uyğun olaraq bağlanması;
• Qurum daxilində məlumat təhlükəsizliyi siyasətlərinə riayət olunmasına nəzarət edilməsi;
• Ofis avadanlıqlarının inventarlaşma prosesində iştirak edilməsi;
• CMDB / asset management sistemində avadanlıq məlumatlarının daxil edilməsi və yenilənməsi;
• Avadanlıqların və hissələrin akt əsasında anbara təhvil-təslim edilməsi;
• Sərfiyyat materiallarının (kartric, toner və s.) vaxtında yenilənməsi üçün təchizat şöbəsi ilə koordinasiya aparılması;
• Həll edilmiş insidentlər üzrə həll yollarının bilik bazasına (Knowledge Base) daxil edilməsi;
• Texniki təlimatların və istifadəçi bələdçilərinin hazırlanması;
• Aylıq insident statistikası, SLA performansı və avadanlıq vəziyyəti üzrə hesabatların hazırlanması;
• Təkrarlanan problemlərin müəyyən edilməsi və kök səbəb təhlili (Root Cause Analysis) prosesində iştirak edilməsi;
• Əməkdaşlara əsas ofis proqramları və informasiya təhlükəsizliyi qaydaları üzrə qısa təlimatların verilməsi;
• Yeni işə başlayan əməkdaşların İT onboarding prosesinin həyata keçirilməsi;
• Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Son tarix
May 7, 2026
Paylaşılıb
aprel 7, 2026
Vakansiya növü
Tam ştat
Təcrübə
1-2 il
Vəzifə dərəcəsi
Mütəxəssis
Təhsil
Bakalavr

Bank Respublika ASC ● Bakı, Azərbaycan
Bu gün
1

AzəriMed MMC ● Bakı, Azərbaycan
Bu gün
2

"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti ● Bakı, Azərbaycan
Bu gün
7

AQA Şirkətlər Qrupu ● Bakı, Azərbaycan
Bu gün
17
Avromed Company MMC ● Bakı, Azərbaycan
Bu gün
17