İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Ana səhifə
/
/
/
Rəqəmsal səriştələrin inkişafı üzrə aparıcı layihə meneceri

Rəqəmsal səriştələrin inkişafı üzrə aparıcı layihə meneceri

Dünən

88

Təsvir

  • Şöbə tərəfindən həyata keçirilən rəqəmsal təhsil və istedad inkişafı layihələrinin effektiv icrasını təmin etmək; 
  • Rəqəmsal təhsil layihələrinin icra planına uyğun olaraq gündəlik fəaliyyətlərin təşkilini və əlaqələndirilməsini təmin etmək; 
  • Layihə sənədlərinin (planlar, hesabatlar, təqdimatlar və s.) hazırlanmasında və maraqlı tərəflərə təqdim edilməsində iştirak etmək; 
  • Layihələrin həyata keçirilməsi prosesində tərəfdaş qurumlarla işgüzar əlaqələri dəstəkləmək və iclaslarda iştirak etmək; 
  • Yerli və xarici səfərlər, görüşlər və tədbirlərlə bağlı logistikanın və təşkilati məsələlərin koordinasiyasını həyata keçirmək; 
  • Təhsilalanlar barədə məlumatların (datanın) toplanması və hesabatların hazırlanmasında iştirak etmək; 
  • Layihələrin monitorinqi üçün nəzərdə tutulmuş məlumatların toplanmasını və müvafiq şöbəyə təqdim edilməsini təmin etmək; 
  • Anket və sorğuların keçirilməsi ilə bağlı təşkilati işlərdə iştirak etmək; 
  • Rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında və keyfiyyətli şəkildə icra etmək; 
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq dertamentin əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

Tələblər

  • Ali təhsil (təhsil, informasiya texnologiyaları, idarəetmə və ya əlaqəli sahə üzrə); 
  • Təhsil layihələrinin idarəedilməsi üzrə minimum 3 il iş təcrübəsi; 
  • Layihə idarəetməsi üzrə beynəlxalq və ya yerli sertifikatlara malik olmaq zəruridir; 
  • MS Office proqramlarını (Excel, Word, PowerPoint və s.) yüksək səviyyədə bilmək; 
  • Azərbaycan dilini səlis, İngilis dilini yaxşı səviyyədə bilmək, Rus dili arzuolunandır; 
  • Layihə idarə olunması üzrə əsas biliklərə malik olmaq; 
  • Komanda ilə işləmə bacarığı və əməkdaşlığa açıq olmaq; 
  • Effektiv kommunikasiya və ünsiyyət bacarığı, həmçinin tərəfdaşlarla düzgün münasibət qurmaq bacarığı; 
  • Operativlik və doğru qərarvermə bacarığı; 
  • Yüksək məsuliyyət və təşkilatçılıq qabiliyyəti. 

Vakansiya haqqında

Son tarix

October 28, 2026

Paylaşılıb

sentyabr 28, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə