İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Ana səhifə
/
/
/
Rəqəmsal səriştələrin inkişafı üzrə layihə meneceri

Rəqəmsal səriştələrin inkişafı üzrə layihə meneceri

Bu gün

68

Təsvir

  • Təhsil layihələrin icra planına uyğun olaraq gündəlik fəaliyyətlərin təşkilini və əlaqələndirilməsini təmin etmək;
  • Layihə sənədlərinin (planlar, hesabatlar, təqdimatlar və s.) hazırlanmasında və maraqlı tərəflərə təqdim edilməsində iştirak etmək;
  • Təhsil layihələrin icrası zamanı tərəfdaş qurumlarla işgüzar əlaqələrin qurulmasına və saxlanılmasına dəstək göstərmək, zəruri hallarda iclaslarda iştirak etmək;
  • Yerli və xarici səfərlər, görüşlər və tədbirlərlə bağlı logistikanın və təşkilati məsələlərin koordinasiyasını həyata keçirmək;
  • Layihə çərçivəsində tələbələrin seçim, müsahibə və imtahan mərhələlərinin təşkilinə nəzarət etmək;
  • Təhsilalanlar barədə məlumatların (datanın) toplanması və hesabatların hazırlanmasında iştirak etmək;
  • Layihələrin monitorinqi üçün nəzərdə tutulmuş məlumatların toplanmasını və müvafiq şöbəyə təqdim edilməsini təmin etmək;
  • Anket və sorğuların keçirilməsi ilə bağlı təşkilati işlərdə iştirak etmək;
  • Rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.

Tələblər

  • Ali təhsil (təhsil, informasiya texnologiyaları, idarəetmə və ya əlaqəli sahə üzrə);
  • Müvafiq sahədə 1–3 il iş təcrübəsi;
  • Layihə idarəetməsi üzrə beynəlxalq və ya yerli sertifikatlara malik olmaq üstünlükdür;
  • MS Office proqramlarını (Excel, Word, PowerPoint və s.) yaxşı səviyyədə bilmək;
  • Azərbaycan dilində səlis yazı və şifahi bacarıqlar; İngilis və Rus dillərini yaxşı səviyyədə bilmək (arzuolunandır);
  • Komanda ilə işləmə bacarığı;
  • Effektiv kommunikasiya və düzgün ünsiyyət qurmaq bacarığı;
  • Yüksək məsuliyyət və təşkilatçılıq qabiliyyəti.

Vakansiya haqqında

Son tarix

December 23, 2025

Paylaşılıb

noyabr 13, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə