İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

"Rəqəmsal Zəka" II Təcrübə proqramı

01-05-2026

154

Təsvir

Aşağıdakı təcrübə istiqamətləri üzrə "Rəqəmsal Zəka" II dalğası başlayır:

  • Data və Süni intellekt (Data Engineering, AI, Business Analytics)
  • Proqramlaşdırma və Rəqəmsal həllər (Software Development, QA, UI/UX Design)
  • İnnovasiya (Innovation Strategy, Technoparks, Project Management)
  • İnsan resursları (Tech recruitment, Employee engagement)
  • Hüquq, Risk və Maliyyə (Corporate Law, Compliance, Risk Management, Budgeting)
  • Müştəri təcrübəsi və Rəqəmsal marketinq (Customer Loyalty, Digital Marketing, Contact Center)

Tələblər

1. Ümumi tələblər (Bütün istiqamətlər üçün):

  • Ali təhsil müəssisələrinin sonuncu kurs tələbəsi və ya yeni məzun (bakalavr/magistr);
  • Azərbaycan dilində mükəmməl yazı və danışıq qabiliyyəti, ingilis və ya rus dili bilikləri (sahədən asılı olaraq) vacibdir;
  • Analitik düşünmə, komandada işləmə qabiliyyəti, öyrənməyə həvəs və yüksək məsuliyyət hissi;
  • AI alətlərdən istifadə bacarığı;
  • Excel, Word və PowerPoint proqramları ilə işləmək bacarığı.

2. Sahə üzrə spesifik tələblər:

  • Data və süni intellekt - Riyazi biliklər, SQL, Python və ya R proqramlaşdırma dilləri ilə tanışlıq, data vizuallaşdırma marağı;
  • Proqramlaşdırma - Alqoritmik düşüncə, Veb (HTML/CSS/JS) və ya Mobil (Flutter/Swift/Kotlin) inkişaf sahələrində baza bilikləri;
  • İnnovasiya - İnnovasiya strategiyaları, vençur və investisiya mühiti, beynəlxalq partnyorluqlar və texnoparklarla iş mexanizmlərinə maraq. Layihələrin planlaşdırılması, KPI monitorinqi və strateji hesabatlılıq bacarığı;
  • Maliyyə - Mühasibat uçotu və audit, Maliyyə və ya İqtisadiyyat üzrə təhsil. Mühasibat sənədlərinin hazırlanması, ilkin uçot əməliyyatları və büdcə planlaşdırılması prosesləri ilə tanışlıq;
  • İnsan resursları - İR sahəsində karyera qurmaq marağı, güclü kommunikasiya və təşkilatçılıq bacarıqları;
  • Hüquq - Mülki və korporativ hüquq normaları haqqında nəzəri biliklər, hüquqi sənədlərlə işləmək həvəsi;
  • Müştəri təcrübəsi və marketinq - Rəqəmsal trendləri izləmə bacarığı, kreativ yanaşma və vətəndaşlarla peşakar ünsiyyət.


Üstünlük verilir:

  • Müvafiq sahə üzrə sertifikatlar (məsələn, Google, Microsoft və ya Coursera üzərindən);
  • Daha əvvəl könüllü fəaliyyətlərdə və ya kiçik layihələrdə iştirak təcrübəsi;
  • Texnoloji trendləri (AI, rəqəmsallaşma) yaxından izləmə.


Vakansiya haqqında

Son tarix

May 10, 2026

Paylaşılıb

may 1, 2026

Vakansiya növü

Təcrübə

Kateqoriya

Digər xidmətlər