Risklərin idarə edilməsi sahəsində qanunvericilik, normativ aktlar və beynəlxalq standartları, tələbləri tətbiq etmək;
Rol matrisləri yaratmaq və onlara edilən dəyişikliklərlə bağlı rəylər vermək;
Yeni xidmət və məhsullar, qayda və prosedurlar, proseslər üzrə risk əsaslı rəylərin verilməsində iştirak etmək;
Əməliyyat risklərinin idarə olunması üçün məlumat bazalarını yaratmaq və optimallaşdırmaq;
Agentlikdə yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklər üzrə əməliyyat risklərini müəyyən etmək, minimallaşdırmaq və qarşısının alınması ilə bağlı rəy vermək;
Əməliyyat proseslərində risklərin azaldılması üçün təkmilləşdirici tövsiyələr hazırlamaq və tətbiqinə nəzarət etmək;
Riskləri vaxtında aşkarlamaq və kommunikasiya etmək;
Agentlikdə risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə tədbirlərində iştirak etmək;
RCSA (Risk və Nəzarət Özünü Qiymətləndirmə) prosesini idarə etmək.
Tələblər
İqtisadiyyat və ya hüquq üzrə ali təhsil;
Risklərin idarəetməsi üzrə beynəlxalq sertifikatlar üstünlükdür;
Müvafiq sahə üzrə ən azı 2-3 il iş təcrübəsi;
Microsoft Office proqramları ilə peşəkar işləmə bacarığı;
Risklərin identifikasiyası və qiymətləndirilməsi üçün analitik bacarıqlar;
Operativ və düzgün qərar vermə qabiliyyəti;
Konfidensial və həssas məlumatlarla işləmək bacarığı;
Proseslərin idarə olunması, normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları;
Dil bilikləri: Azərbaycan dili sərbəst, İngilis və Rus dili üstünlükdür.