İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Sistem inzibatçısı

Bu gün

4

Təsvir

  • Əməliyyat sistemlərinin (Windows, Linux) sazlanmasını və konfiqurasiyasının təmin edilməsi;
  • Virtual mühitlərdə (VMware, Hyper-V) host və guest sistemlərinin idarəsinin həyata keçirilməsi;
  • Azintelekom bulud sistemində resurslara nəzarət edilməsi və mütəmadi optimizasiyaların aparılması;
  • Fayl paylaşımı, domen mühiti və şəbəkə resurslarının işlək vəziyyətdə saxlanmasının təmin edilməsi;
  • Ehtiyat nüsxələmə (backup) sistemlərində verilənlərin müntəzəm rezerv olunmasının təmin edilməsi;
  • Serverlərdə baş verən texniki nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması;
  • Server və xidmətlərin monitorinqinin və loqlamasının aparılması;
  • Dev/Test/Prod mühitlərinin yaradılmasında və dəstəklənməsində iştirak edilməsi;
  • Ənənəvi proqram arxitekturalı sistemlərin dəstəklənməsi və fasiləsizliyinin təmin edilməsi;
  • İnfrastrukturda baş verən dəyişikliklərin sənədləşdirilməsi;
  • Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasının təmin edilməsi;
  • Qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında Departamentin fəaliyyəti ilə bağlı bütün məsələlərin məxfiliyinin və anonimliyinin qorunması;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədrinin digər müvafiq tapşırıqlarını səlahiyyətləri çərçivəsində, həmçinin əmək qanunvericiliyi və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil;
  • Sistem inzibatçılığı sahəsində 1–3 il iş stajı;
  • Windows Server və Linux (RedHat/Ubuntu) sistemlərində inzibatçılıq bacarığı;
  • Active Directory, DNS, DHCP, Group Policy idarəetməsi;
  • Virtualizasiya mühitləri üzrə biliklər (VMware, Vcloud və s.);
  • Microsoft 365 üzrə biliklər;
  • Backup sistemləri üzrə baza biliklər;
  • PowerShell və ya Bash skriptləri ilə işləmək bacarığı;
  • NFS, SMB, DFS kimi fayl paylaşım texnologiyalarında təcrübə;
  • Git və GitLab ilə işləmə bacarığı;
  • Analitik düşüncə, intizam və məsuliyyətlilik.

Vakansiya haqqında

Son tarix

May 2, 2026

Paylaşılıb

aprel 2, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik