İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Sosial media üzrə mütəxəssis

Dünən

171

Təsvir

  • Agentlik üzrə layihələrin sosial media kommunikasiya strategiyasının hazırlanması və icra edilməsi; 
  • Qurum daxili strukturlardan sosial media kommunikasiyası ilə bağlı briflərin alınması, bu briflərin daxili komanda arasında (kopirayter, dizayner və s.) bölüşdürülməsi və prosesin izlənilməsi; 
  • Sosial media platformaları (Facebook, Instagram, LinkedIn, Twitter, TikTok və s.) üzrə məzmun planının hazırlanması və həyata keçirilməsi; 
  • Sosial media kanallarında paylaşılacaq məzmunların vaxtında və düzgün formada paylaşılmasının təmin edilməsi; 
  • Brendin sosial mediada tanıtımı üçün müvafiq vizual və video məzmunun hazırlanması prosesində iştirak etmək;
  • Sosial media trendlərinin izlənilməsi və yeniliklərin strategiyaya inteqrasiya edilməsi; 
  • Influencer və KOL-larla (Key Opinion Leader) əməkdaşlıq qurulması və kampaniyaların idarə edilməsi; 
  • Sosial media analitikası və hesabatların hazırlanması (Meta Insights, TikTok Analytics, LinkedIn Analytics və s.); 
  • Bazar araşdırmalarının aparılması və rəqiblərin sosial media fəaliyyətinin təhlil edilərək yeni imkanların müəyyənləşdirilməsi; 
  • Tədbirlər və xüsusi günlər üçün sosial media məzmununun hazırlanmasına dəstək göstərilməsi; 
  • Sosial media hesabları üçün məzmun planının hazırlanması və icrasına nəzarət etmək.

Tələblər

  • Sosial media idarəçiliyi sahəsində minimum 2 il iş stajı; 
  • Facebook, Instagram, LinkedIn, TikTok və digər sosial media platformalarının alqoritmləri və iş prinsipləri haqqında geniş bilik; 
  • Meta Ads, LinkedIn Ads vəTikTok Ads ilə işləmə bacarığı; 
  • sosial media analitikası və KPI-ları izləmə bacarığı; 
  • rəqəmsal platformalar və sosial media idarəetmə alətləri haqqında geniş bilik; 
  • müştəri və izləyici ilə düzgün ünsiyyət qurmaq bacarığı; 
  • sosial mediada böhran vəziyyətlərini idarəetmə qabiliyyəti; 
  • sosial media sahəsində yeni texnologiyaları və trendləri izləməyə və tətbiq etməyə hazırlıq. 


Vakansiya haqqında

Son tarix

October 31, 2026

Paylaşılıb

oktyabr 1, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr