İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Sosial media üzrə mütəxəssis

Bu gün

21

Təsvir

  • Qurumun sosial media kanallarından (Facebook, Instagram və digər platformalar) gələn müştəri mesajlarına vaxtında və düzgün cavab vermək, müştəri suallarını cavablandırmaq və əlaqələri gücləndirmək;
  • Qurumun rəsmi e-poçt ünvanına daxil olan müraciətləri qəbul etmək və cavablandırmaq;
  • mygov platformasından gələn istifadəçi müraciətlərini qəbul etmək, düzgün və effektiv cavablar vermək və müvafiq şöbələrə yönləndirmək;
  • İstifadəçilərin rəqəmsal giriş vasitəsilə (üz tanıma) qeydiyyatını qəbul etmək və bu prosesin düzgün həyata keçirilməsini təmin etmək;
  • Dövlət qurumlarından ESD (Elektron Hökumət Xidməti) vasitəsilə daxil olan müraciətləri qəbul etmək, düzgün cavab vermək və ya lazımi yönləndirmələri etmək;
  • Hər hansı bir müraciət və ya problem meydana gəldikdə, məsələnin həllinə yönəldilməsi üçün müvafiq şöbələrə və ya aidiyyəti şəxslərə müraciətlərin ötürülməsi;
  • Qurumun məhsul və xidmətləri barədə bilikləri daim yeniləyərək müştərilərə düzgün və dəqiq məlumatlar təqdim etmək;
  • Müştərinin tələblərinə uyğun həllər təklif etmək və onlara uyğun məsləhətlər vermək;
  • Müştəri qarşısında yüksək xidmət keyfiyyətini qorumaq, onlara dəstək vermək və hər bir müraciətə peşəkar yanaşmaq;
  • Sosial media və digər kanallarda qarşılaşılan çətinlikləri və böhranları effektiv şəkildə idarə edərək brendin nüfuzunu qorumaq;
  • Müraciət əsnasında müvafiq məlumatları düzgün şəkildə qeyd edərək, müştəri məlumatlarını sistemə daxil etmək və izləmək;
  • Bütün müştəri və istifadəçi məlumatlarının məxfiliyini qorumaq və təhlükəsizlik protokollarına riayət etmək;
  • Rəhbərliyin təqdim etdiyi digər tapşırıqlar.

Tələblər

- Ali təhsil:

- Sosial media idarəetməsi və müştəri xidmətləri sahəsində ən azı 1-2 il təcrübə;

- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları, sosial şəbəkələrdə və müştəri xidmətləri sahəsində peşəkar üslub.

- Sosial media platformalarından (Facebook, Instagram və s.) istifadə bacarığı, e-poçt proqramları və CRM sistemləri ilə təcrübə;

- Microsoft Office proqramlarında biliklər (Word, Excel, PowerPoint);

- Azərbaycan, İngilis və Rus dilində səlis yazılı ünsiyyət bacarıqları;

- Müştəri yönümlülük;

- Detallara diqqət;

- Çoxsaylı tapşırıqları idarə etmək qabiliyyəti;

- Tez dəyişən iş mühitinə uyğunlaşma bacarığı;

- Növbəli iş qrafikində işləmə, həftə sonları və bayram günlərində də xidmət göstərmə imkanı.

- Yüksək təşkilatçılıq və vaxt idarəetmə bacarıqları

Vakansiya haqqında

Son tarix

May 3, 2026

Paylaşılıb

aprel 3, 2026

Vakansiya növü

Müvəqqəti

Kateqoriya

Satış və müştəri xidmətləri