Şirkətin sosial media kanallarından (Facebook, Instagram və digər platformalar) gələn müştəri mesajlarına vaxtında və düzgün cavab vermək, müştəri suallarını cavablandırmaq və əlaqələri gücləndirmək.
Şirkətin rəsmi e-poçt ünvanına daxil olan müraciətləri qəbul etmək və cavablandırmaq.
MyGov platformasından gələn istifadəçi müraciətlərini qəbul etmək, düzgün və effektiv cavablar vermək və müvafiq şöbələrə yönləndirmək.
İstifadəçilərin rəqəmsal giriş vasitəsilə (üz tanıma) qeydiyyatını qəbul etmək və bu prosesin düzgün həyata keçirilməsini təmin etmək.
Dövlət sektorlarından ESD (Elektron Hökumət Xidməti) vasitəsilə daxil olan müraciətləri qəbul etmək, düzgün cavab vermək və ya lazımi yönləndirmələri etmək.
Hər hansı bir müraciət və ya problem meydana gəldikdə, məsələnin həllinə yönəldilməsi üçün müvafiq şöbələrə və ya aidiyyəti şəxslərə müraciətlərin ötürülməsi.
Müştərinin tələblərinə uyğun həllər təklif etmək və onlara uyğun məsləhətlər vermək.
Müraciət əsnasında müvafiq məlumatları düzgün şəkildə qeyd edərək, müştəri məlumatlarını sistemə daxil etmək və izləmək.
Bütün müştəri və istifadəçi məlumatlarının məxfiliyini qorumaq və təhlükəsizlik protokollarına riayət etmək.
Tələblər
Ali təhsil.
Sosial media idarəetməsi və müştəri xidmətləri sahəsində ən azı 1-2 il təcrübə.
Güclü yazılı və şifahi ünsiyyət bacarıqları, sosial şəbəkələrdə və müştəri xidmətləri sahəsində peşəkar üslub.
Sosial media platformalarından (Facebook, Instagram və s.) istifadə bacarığı, e-poçt proqramları və CRM sistemləri ilə təcrübə.
Microsoft Office proqramlarında biliklər (Word, Excel, PowerPoint).
Azərbaycan, İngilis və Rus dillərində səlis yazılı və ünsiyyət bacarıqları.
Müştəri tələblərinə fokuslanma və müsbət təcrübə yaratma bacarığı.
Detallara diqqət yetirmə və məlumatların dəqiqliyinə fokuslanma bacarığı.
Yüksək təşkilatçılıq və vaxt idarəetmə bacarıqları.