Agentliyin yerli və beynəlxalq tədbirlərinin həyata keçirilməsinin təmin edilməsi;
Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli və beynəlxalq konfranslar, forumlar, sammitlər, sərgilər, PR və tanıtım tədbirlərində iştirakın koordinasiyası və icrasına nəzarətin həyata keçirilməsi;
Tədbirlərin illik planının və büdcəsinin hazırlanması, maliyyə vəsaitlərinin səmərəli və məqsədyönlü istifadəsinin təmin edilməsi;
Tədbirlərin təşkili prosesində təchizatçılar, tərəfdaş təşkilatlar, beynəlxalq qurumlar və dövlət orqanları ilə əməkdaşlığın qurulması, tələb olunan icazə və razılaşmaların alınmasının təmin edilməsi;
Tədbirlər üçün kreativ konseptlərin hazırlanması və onların Agentliyin brend strategiyası və kommunikasiya siyasəti ilə uyğunluğunun təmin edilməsi;
Tədbirlərlə bağlı marketinq, kommunikasiya və PR materiallarının hazırlanması prosesinin koordinasiya edilməsi;
Tədbirlərin təşkili prosesində komandanın fəaliyyətinin koordinasiya edilməsi, iş bölgüsünün effektiv şəkildə təşkil edilməsi və proseslərin idarə olunması;
Keçirilmiş tədbirlərin effektivliyinin qiymətləndirilməsi, nəticələrin təhlil edilməsi və gələcək tədbirlərin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması;
Tədbirlər üçün zəruri olan promo, çap və digər kommunikasiya materiallarının hazırlanmasının planlaşdırılması, büdcələşdirilməsi, səmərəli istifadəsinin və icrasının nəzarətdə saxlanılması.
Tələblər
Ali təhsil (marketinq, menecment, beynəlxalq münasibətlər, biznes idarəçiliyi, kommunikasiya və ya digər uyğun sahə üzrə);
Tədbirlərin təşkili, layihə idarəçiliyi, marketinq və ya PR sahəsində minimum 5 il iş təcrübəsi;
Yerli və beynəlxalq tədbirlərin (konfrans, forum, sammit, sərgi və s.) təşkili və koordinasiyası üzrə praktiki təcrübə;
Tədbir planlaşdırılması, büdcələşdirmə və təchizatçılarla işləmə sahəsində bilik və təcrübə;
Dövlət qurumları, beynəlxalq təşkilatlar və tərəfdaşlarla əməkdaşlıq qurmaq bacarığı;
Kreativ düşüncə və tədbirlərin konseptual planlaşdırılması bacarığı;
Layihə və vaxt idarəetməsi üzrə yüksək təşkilatçılıq bacarıqları;
Analitik düşünmə və keçirilmiş tədbirlərin nəticələrinin qiymətləndirilməsi bacarığı;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı, ingilis dili biliyi arzuolunandır;
MS Office proqramları ilə işləmək bacarığı;
Komanda ilə işləmək, effektiv kommunikasiya və təqdimat bacarıqları;
Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və operativ qərarvermə bacarığı;
Tədbirlərin təşkili üzrə geniş iş həcminin idarə olunması və dövlət satınalmaları prosedurları üzrə təcrübə arzuolunandır.
Vakansiya haqqında
Son tarix
April 9, 2026
Paylaşılıb
mart 10, 2026
Vakansiya növü
Tam ştat
Vəzifə dərəcəsi
Mütəxəssis
Kateqoriya
Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr