İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Ana səhifə
/
/
/
Təşkilati risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssis

Təşkilati risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssis

Bu gün

2

Təsvir

  • Beynəlxalq risk idarəetmə standartlarının (COSO, ISO 31000, Digital Operational Resilience Act (DORA) və s.) tətbiqində iştirak və uyğunluğun təmin edilməsi;
  • Rol matrislərinin hazırlanması, dəyişikliklərin qiymətləndirilməsi və risk əsaslı rəylərin təqdim edilməsi;
  • Yeni xidmət, məhsul və proseslərin hazırlanmasında risklərin erkən mərhələdə nəzərə alınması və risk baxımından qiymətləndirilməsi;
  • Risklərin idarə olunması üçün məlumat bazalarının qurulması, optimallaşdırılması və daimi təkmilləşdirilməsi;
  • Daxili normativ sənədlərə və onların dəyişikliklərinə dair risk yönümlü rəylərin verilməsi;
  • Risklərin vaxtında müəyyənləşdirilməsi, dəyərləndirilməsi və müvafiq struktur bölmələrlə effektiv kommunikasiya qurulması;
  • Risk mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə maarifləndirmə və təlim tədbirlərinin təşkili və ya onlarda iştirak;
  • RCSA (Risk və Nəzarət Özünü Qiymətləndirmə) prosesinin həyata keçirilməsində və koordinasiyasında iştirak;
  • Risk Reyestrinin və insidentlərin idarə olunması mexanizmlərinin tətbiqi və təkmilləşdirilməsində iştirak.

Tələblər

  • İqtisadiyyat, hüquq, maliyyə və ya digər müvafiq sahə üzrə ali təhsil;
  • Risklərin idarə edilməsi sahəsində (məsələn, ISO 31000, COSO, CERM, FRM və ya digər) beynəlxalq sertifikatların mövcudluğu üstünlük sayılır;
  • Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması üzrə nəzəri biliklər və praktiki bacarıqlar;
  • Müvafiq sahədə minimum 2-3 il peşəkar iş təcrübəsi;
  • Microsoft Office proqramlarında (xüsusilə Excel, PowerPoint) yüksək səviyyədə işləmə bacarığı;
  • Konfidensial və həssas məlumatlarla işləmə bacarığı ;
  • Daxili normativ sənədlərlə işləmə, proseslərin xəritələndirilməsi və sənədləşdirilməsi bacarıqları;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis və rus dilləri üzrə biliklər üstünlük sayılır.


Vakansiya haqqında

Son tarix

June 18, 2026

Paylaşılıb

may 19, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə