İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Ana səhifə
/
/
/
Təşkilatı Risklərin İdarəedilməsi şöbəsinin müdiri

Təşkilatı Risklərin İdarəedilməsi şöbəsinin müdiri

30-05-2025

385

Təsvir

  • Risk siyasətinin Agentlik üzrə tətbiq edilməsini təmin etmək
  • Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin müəyyən edilməsi və tətbiqi
  • RCSA prosesinin təşkili və idarə edilməsi
  • Risk mədəniyyətinin inkişaf etdirilməsi ilə əlaqədar tədbirlərin (təlimlərin) təşkili və icrası
  • Risklərin idarə olunması üzrə beynəlxalq standartların tələblərini (ISO 31000, COSO və s.) Agentlikdə tətbiq etmək
  • Risk xəritəsinin yenilənməsinə və idarə edilməsinə rəhbərlik etmək
  • Agentlikdaxili normativ sənədlərin hazırlanması, proseslərin qurulması və proseslərə dəyişiklik zamanı proaktiv risk rəylərinin verilməsi
  • İnsidentlərin idarə edilməsi və nəzarəti
  • Əsas risk indikatorlarının formalaşdırılması, tətbiq edilməsi və təhlilini təmin etmək
  • Risk reyesterinin idarə olunmasını təşkil etmək
  • Şöbənin fəaliyyətini əsasnaməyə uyğun təşkil etmək və daimi nəzarətdə saxlamaq
  • Struktur bölmələrin və müdafiə xətlərinin rəhbərləri ilə sıx əməkdaşlıq etmək


Tələblər


  • Təhsil: Ali iqtisadi, hüquq və ya maliyyə sahəsində
  • Sahə üzrə minimum 3 il və daha çox iş təcrübəsi
  • Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması üçün analitik bacarıqlar
  • Risklərin mərkəzləşdirilmiş idarə olunması üçün tələb olunan alət, metod və modellərlə işləmə bacarığı
  • Beynəlxalq standartlara əsasən risklərin mərkəzləşdirilmiş formada idarə olunması ilə bağlı bilik və bacarıqlar
  • Kompüter biliyi: Microsoft Office proqramları (Outlook, Teams, Excel və s.)
  • Dil bilikləri: Azərbaycan dili (mütləq), ingilis dili və digər dillər üstünlükdür
  • Sahə ilə əlaqədar beynəlxalq praktikada qəbul edilən sertifikatlar üstünlükdür

Vakansiya haqqında

Son tarix

July 9, 2025

Paylaşılıb

may 30, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Rəhbər

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə