Rəqəmsal hökumət (G2C/G2G/G2B) tələblərinə uyğun, istifadəçi interfeysi və təcrübəsini formalaşdıraraq, vizual və interaktiv dizaynla məhsullar yaratmaq;
Maraqlı tərəflərin (Stakeholder) təkliflərini toplamaq, fərziyyələr formalaşdırmaq və yoxlamaq, hesabatları hazırlayıb komandaya təqdim etmək;
İstifadəçi fikirlərini müntəzəm şəkildə anket, müsahibə ilə toplayaraq, məhsulun inkişafı üçün yeni təkliflər formalaşdırmaq;
İstifadəçi axınlarını (User flow) formalaşdırmaq və test etmək, istifadəçi interfeysləri və prototiplərini tərtib etmək;
Dizayn həllərini müxtəlif istifadəçi qruplarında sınaqdan keçirmək (Usability Testing), nəticələri hesabat şəklində komandaya təqdim edib, geridönüşlərə əsasən həlləri təkmilləşdirmək;
Dizayn sistemi komponentlərindən istifadə, yeni komponentlərin yaradılmasında təkliflər vermək;
Məhsul inkişafında komanda üzvləri ilə əməkdaşlıq edərək, istifadəçiyə mükəmməl təcrübə təqdim etmək;
Komanda üzvləri ilə bilik və bacarıqları paylaşmaq, rəqəmsal dizayn həlləri yaratmaqda dəstək və təklif vermək.
Tələblər
Məhsul dizaynı, istifadəçi təcrübəsi (UX) və interfeysinin yaradılması (UI) sahəsində 2 illik iş təcrübəsi;
Dizayn düşüncəsi (Design Thinking) yanaşması ilə məhsulun hazırlanmasının bütün mərhələlərində, ilk addımdan istifadəyə verilməsinə qədər təcrübə;
İstifadəçi testlərinin (Usability Testing) keçirilməsi və istifadəçi davranışlarını araşdırmaq sahəsində biliklər;
Dizayn sistemi üzrə nəzəri biliklərə sahib olmaq, komponentlərin istifadəsi;
Agile metodologiyası ilə bağlı bilik və təcrübəyə malik olmaq;
Figma, Maze, Jira, Hotjar, Confluence kimi alətlərlə işləmək;
Mobil (iOS, Android) və Web platformalarda dizayn təcrübəsi;
Nəticəyönümlü,Ambisiyalı və İnkişafmeyilli;
Minimal olaraq “Intermediate" səviyyəsində İngilis dili biliyi.