BOKT "İDEAL KREDİT" MMC

B2B satış təmsilçisi

Bu gün

20

Təsvir

  • Potensial B2B partnyorların (avtosalonlar, məişət texnikası, mebel mağazaları və s.) axtarışı və mütəmadi sahə (field) ziyarətlərinin həyata keçirilməsi;
  • Biznes sahibləri və qərarverici şəxslərlə birbaşa görüşlərin təşkili, partnyorluq krediti və avtolizinq məhsullarının təqdimatının aparılması;
  • Yeni korporativ müştərilərin (mağazaların) şəbəkəyə cəlb edilməsi və onbordinq (müqavilələrin rəsmiləşdirilməsi) prosesinin izlənməsi;
  • Gündəlik görüşlər, hədəf kütlədən gələn rəylər və satış qıfı barədə CRM/hesabat cədvəllərinin doldurulması.


Tələblər

  • B2B satış, korporativ satış və ya müştəri cəlbi sahəsində mütləq iş təcrübəsi;
  • Hazır müştəri bazasına (mağazalar, riteyl şəbəkələri, avtosalonlar, sahibkarlarla əlaqələrə) sahib olmaq namizəd üçün çox böyük üstünlük hesab olunacaq;
  • Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili biliyi (arzuolunandır və seçim zamanı əlavə üstünlük qazandıracaq);
  • Yüksək kommunikasiya, təqdimat və inandırma bacarıqları (biznes sahibləri ilə onların dilində danışma bacarığı);
  • Aktiv, dinamik iş rejimində işləmək həvəsi və nəticəyə (KPI) yönümlülük.


Vakansiya haqqında

Son tarix

October 25, 2026

Paylaşılıb

sentyabr 25, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri

İmtiyazlar

  • Korporativ nömrə
  • Taksi xidmətindən istifadə
  • Bonus sistemi;
  • Korporativ Mühit