
Bu gün
4
·Gecikmiş kredit portfelini risk səviyyəsi, gecikmə müddəti və ödəniş davranışına əsasən təhlil və prioritetləşdirmək;
·Yüksək riskli və uzunmüddətli gecikmələr üzrə borcalanlarla mürəkkəb danışıqlar aparmaq və fərdi həll yolları formalaşdırmaq;
·Borcalanın ödəniş imkanlarını və davranışını qiymətləndirərək təqib yanaşmasını müəyyən etmək;
·Ödəniş vədlərinin icrasına nəzarət etmək, təkrar gecikmə və əlaqədən yayınma hallarına operativ müdaxilə etmək;
·Məhkəməyəqədərki mərhələ üçün tələb olunan sənədlərin hazırlanmasını təmin etmək və işi aidiyyəti struktur bölməsinə yönləndirmək;
·Portfel üzrə bərpa nəticələrini və əsas risk göstəricilərini təhlil edərək rəhbərliyə hesabat təqdim etmək;
·Problemli kreditlərin təqibi prosesinin effektivliyinin artırılması üzrə təkliflər vermək;
·Kiçik mütəxəssislərə mürəkkəb işlərin həllində metodiki dəstək göstərmək;
·Daxili prosedur və qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərmək.
·Ali təhsil arzuolunandır. Orta təhsilli, lakin problemli kreditlərin təqibi sahəsində güclü və nəticəyönümlü praktiki təcrübəsi olan namizədlərə də baxılır;
·Bank, BOKT, lizinq və ya digər maliyyə sahəsində problemli kreditlərin təqibi üzrə minimum 2 il təcrübə arzuolunandır;
·Problemli kredit portfeli və məhkəməyəqədərki təqib prosesləri üzrə praktiki bilik;
·Mürəkkəb danışıqlar, etirazların və münaqişələrin idarə edilməsi bacarığı;
·Analitik düşünmə və risklərin düzgün qiymətləndirilməsi bacarığı;
·MS Office, xüsusilə Excel üzrə yaxşı səviyyədə işləmə bacarığı;
·Məsuliyyətlilik, təşəbbüskarlıq, stressə davamlılıq və nəticəyönümlülük.
Üstünlük hesab olunur
·Problemli kreditlərin təqibi üzrə güclü praktiki nəticələr;
·Kredit və müştəri məlumatlarının idarə olunduğu sistemlərlə iş təcrübəsi;
·Excel-də məlumatların təhlili və ümumiləşdirilməsi üzrə əlavə bacarıqlar;
·Məhkəməyəqədərki sənədləşmə və hüquqi təqib prosesləri ilə praktiki tanışlıq;
·Kiçik əməkdaşlara metodiki dəstək göstərmək təcrübəsi.
Son tarix
September 11, 2026
Paylaşılıb
avqust 12, 2026
Vakansiya növü
Tam ştat

2GİS ● Bakı, Azərbaycan
04-08-2026
510

İrşad ● Şərur, Azərbaycan
17-07-2026
1.3K

Glorri ● Bakı, Azərbaycan
27-07-2026
889

Mars Overseas Baku LTD MMC ● Bakı, Azərbaycan
Bu gün
1

Unibank Kommersiya Bankı ● Quba, Azərbaycan
Bu gün
553