
Bu gün
11
· BOKT-nin strateji hədəflərinə uyğun olaraq maliyyə strategiyasının hazırlanması, icrası və optimallaşdırılması;
· Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (MHBS/IFRS) uyğun olaraq əsas maliyyə hesabatlarının (P&L, Balans, Cash Flow) hazırlanması və analizi;
· Təşkilatın illik, rüblük və aylıq büdcələrinin (Master Budget) qurulması, xərclərə nəzarət və büdcədən kənarlaşmaların təhlili;
· Nağd pul hərəkətinin planlaşdırılması, likvidlik risklərinin və pul çatışmazlığının (Cash gap) qabaqcadan idarə edilməsi;
· Təşkilatın maliyyə və kredit portfeli risklərinin qiymətləndirilməsi və minimallaşdırılması istiqamətində tədbirlərin görülməsi;
· Azərbaycan Respublikasının Vergi, Əmək və Mülki qanunvericiliyinin tələblərinə, həmçinin daxili audit qaydalarına riayət olunmasının təmin edilməsi;
· Maliyyə göstəriciləri, gəlirlilik analizi (KPI, ROE, ROA, EBITDA) və gələcək biznes ssenariləri üzrə maliyyə modellərinin qurulması;
· Daxili və xarici audit proseslərinin idarə edilməsi, kənar auditorlar və requlyatorlarla (Mərkəzi Bank və s.) işin təşkili;
· Maliyyə və mühasibatlıq şöbəsinin fəaliyyətinin koordinasiyası, tapşırıqların icrasına və əmək intizamına nəzarət edilməsi;
· Təşkilatın daxili qaydalarına, korporativ standartlarına riayət olunması və rəhbərliyin digər tapşırıqlarının icrası.
· Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya Biznesin idarə edilməsi üzrə);
· Maliyyə və mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi;
· Bank, BOKT və ya digər maliyyə institutlarında rəhbər vəzifədə iş təcrübəsi mütləqdir;
· Strateji düşünmə, yüksək analitik təhlil, liderlik və komanda idarəetmə bacarığı;
· Stressə davamlılıq, yüksək məsuliyyət və hesabatları rəhbərliyə düzgün təqdim etmə qabiliyyəti.
Son tarix
August 14, 2026
Paylaşılıb
iyul 15, 2026
Vakansiya növü
Tam ştat