BOKT "İDEAL KREDİT" MMC

Mühasib

Bu gün

39

Təsvir

  • Mühasibat uçotunun qanunvericiliyə və daxili prosedurlara uyğun aparılması, bütün maliyyə əməliyyatlarının dəqiq və vaxtında sistemdə qeydiyyatı
  • Kassa və bank əməliyyatlarının, nağd və nağdsız ödənişlərin, gündəlik bank çıxarışlarının uzlaşdırılması
  • Kredit portfeli üzrə əməliyyatların uçotu: kreditlərin verilməsi, bağlanması, gecikmələrin izlənməsi, faiz və komissiya gəlirlərinin hesablanması, ehtiyatların formalaşdırılması
  • Daxili və xarici auditlər üçün tələb olunan məlumatların və sənədlərin hazırlanması, audit prosesinin dəstəklənməsi
  • Kredit portfeli üzrə mühasibat uçotunun aparılması və kredit məlumatlarının uçot sistemi ilə üzləşdirilməsi;
  • Kredit portfeli üzrə Mərkəzi Banka və digər aidiyyəti qurumlara təqdim olunan hesabatların hazırlanmasında iştirak;
  • Aylıq, rüblük vergi hesabatlarının hazırlanmasında və təqdim edilməsində iştirak
  • Maliyyə əməliyyatlarında risklərin azaldılması üçün müvafiq nəzarət tədbirlərinin görülməsi və proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi.

Tələblər

  • Minimum 3 il mühasibatlıq sahəsində iş təcrübəsi (BOKT, bank və ya maliyyə sektorunda təcrübə mütləqdir)
  • Vergi Məcəlləsi və beynəlxalq mühasibat uçotu standartları üzrə biliklərə malik namizədlərə üstünlük verilir.
  • Microsoft Office proqramları (xüsusilə Excel) ilə işləmə bacarığı.

Vakansiya haqqında

Son tarix

September 18, 2026

Paylaşılıb

avqust 19, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Korporativ Mühit
  • Bonus sistemi;
  • Yığım sığortasına qoşulma imkanı