BOKT "İDEAL KREDİT" MMC

Mühasib

Bu gün

164

Təsvir

·        Mühasibat uçotunun qanunvericiliyə və daxili prosedurlara uyğun aparılması, bütün maliyyə əməliyyatlarının dəqiq və vaxtında sistemdə qeydiyyatı;

·        Kassa və bank əməliyyatlarının, nağd və nağdsız ödənişlərin, gündəlik bank çıxarışlarının uzlaşdırılması;

·        Kredit portfeli üzrə əməliyyatların uçotu: kreditlərin verilməsi, bağlanması, gecikmələrin izlənməsi, faiz və komissiya gəlirlərinin hesablanması, ehtiyatların formalaşdırılması;

·        Daxili və xarici auditlər üçün tələb olunan məlumatların və sənədlərin hazırlanması, audit prosesinin dəstəklənməsiı;

·        Aylıq, rüblük vergi hesabatlarının hazırlanmasında və təqdim edilməsində iştirakı;

·        Maliyyə əməliyyatlarında risklərin azaldılması üçün müvafiq nəzarət tədbirlərinin görülməsi və proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi.

Tələblər

·        Minimum 3 il mühasibatlıq sahəsində iş təcrübəsi (BOKT, bank və ya maliyyə sektorunda təcrübə mütləqdir);

·        Vergi Məcəlləsi və beynəlxalq mühasibat uçotu standartları üzrə biliklərə malik namizədlərə üstünlük verilir;

·        Microsoft Office proqramları (xüsusilə Excel) ilə işləmə bacarığı.

Vakansiya haqqında

Son tarix

December 27, 2025

Paylaşılıb

noyabr 17, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə