BOKT "İDEAL KREDİT" MMC
Ana səhifə
/
/
/
Partnyorların cəlbi üzrə baş/aparıcı mütəxəssis

Partnyorların cəlbi üzrə baş/aparıcı mütəxəssis

Dünən

42

Təsvir

Kreditlə satış imkanlarının təqdim edilməsi üçün yeni partnyorların (elektronika, mebel və s.) müəyyən edilməsi və cəlb olunması;

Potensial tərəfdaşlarla görüşlərin təşkili, əməkdaşlıq şərtlərinin müzakirəsi və müqavilələrin bağlanması prosesinin idarə edilməsi;

Mövcud partnyorlarla münasibətlərin qorunması, onların ehtiyaclarının analizi və satış effektivliyinin artırılması üçün tədbirlərin görülməsi;

Partnyor nöqtələrində satış göstəricilərinin mütəmadi monitorinqi və rəhbərliyə hesabatların təqdim edilməsi. 

Tələblər

Ali təhsil (İqtisadiyyat, Marketinq və ya Biznesin idarə edilməsi üstünlükdür);

Partnyorlarla iş sahəsində ən azı 2 il iş təcrübəsi (Bank və ya BOKT təcrübəsi arzuolunandır);

Mükəmməl ünsiyyət, təqdimat bacarıqları;

Səyyar iş rejiminə uyğun olmaq (aktiv şəkildə görüşlərdə iştirak etmək);

Azərbaycan dilində səlis nitq qabiliyyəti.

Vakansiya haqqında

Son tarix

June 5, 2026

Paylaşılıb

may 6, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri

İmtiyazlar

  • Bonus sistemi;
  • Yığım sığortasına qoşulma imkanı
  • Korporativ Mühit