BOKT "İDEAL KREDİT" MMC
Ana səhifə
/
/
/
Problemli kreditlər üzrə təcrübəçi

Problemli kreditlər üzrə təcrübəçi

Dünən

190

Təsvir

  • Gecikmiş kredit portfeli üzrə məlumatların gündəlik toplanmasında və yenilənməsində iştirak etmək;
  • Borcalanlarla telefon zəngləri və digər kommunikasiya vasitələri ilə ilkin əlaqənin qurulmasında dəstək göstərmək;
  • Kredit borclarının qaytarılması prosesində aparılan danışıqlarda mütəxəssislərə assistentlik etmək;
  • Təkrar gecikmə halları üzrə müştəri məlumatlarının toplanması və ilkin sənədlərin hazırlanmasına dəstək vermək;
  • Riskli müştərilərlə bağlı məlumatların təhlili üçün hesabatların hazırlanmasında iştirak etmək;
  • Gündəlik, həftəlik və aylıq təqib hesabatlarının hazırlanmasına dəstək olmaq;
  • Təqib prosesləri ilə bağlı daxili prosedurların öyrənilməsi və komanda daxilində əməkdaşlıq etmək;
  • Etibarnamələrin hazırlanması, müvafiq sistemdə yerləşdirilməsi və qeydiyyatının aparılması.

Tələblər

• Ali təhsilin son kurs tələbəsi və ya yeni məzun (İqtisadiyyat, Maliyyə, Menecment, Hüquq və oxşar ixtisaslar üzrə);

• Bank və ya maliyyə sektorunda təcrübə qazanmaq istəyi;

• Ünsiyyət bacarıqları və müştərilərlə işləməyə maraq;

• Analitik düşünmə qabiliyyəti və məsuliyyətlilik;

• MS Excel və digər ofis proqramları üzrə ilkin biliklər;

• Stressə davamlılıq və komandada işləmə bacarığı;

• Azərbaycan dilində səlis danışıq bacarığı.


Təcrübə müddəti və imkanlar:

• Təcrübə müddəti: 3 ay

• Peşəkar mentor dəstəyi və real iş prosesində iştirak imkanı;

• Təcrübə müddətinin sonunda performansa əsasən işə qəbul imkanı;

• Kredit sahəsində praktiki biliklərin əldə edilməsi;

• Karyera inkişafı üçün geniş perspektivlər.

Vakansiya haqqında

Son tarix

February 4, 2026

Paylaşılıb

dekabr 26, 2025

Vakansiya növü

Təcrübə

Kateqoriya

Satış və müştəri xidmətləri