İKMA Group
Ana səhifə
/
/
/
Satınalma üzrə Mütəxəssis

Satınalma üzrə Mütəxəssis

  • İKMA Group
  • 55 Xocalı prospekti, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

15

Təsvir

Satınalma Prosesinin İdarəedilməsi

  • Şirkət siyasətinə, prosedurlara və layihə qrafiklərinə uyğunluğu təmin etməklə, mal və xidmətlər üzrə bütün növ satınalma sorğularının idarə edilməsi
  • Hərtərəfli qiymət müqayisələri vasitəsilə ən əlverişli qiymətləri və yüksək keyfiyyətli mal və xidmətləri təmin etmək üçün bazarın qiymətləndirilməsi
  • Təşkilati ehtiyaclara uyğun olaraq həm yerli, həm də beynəlxalq satınalma sifarişlərinin (PO) hazırlanması
  • Daxili komanda ilə sıx əməkdaşlıq edərək onların satınalma ehtiyaclarını anlamaq və bu ehtiyacların ümumi korporativ prioritetlərlə uyğunluğunu təmin etmək 

Riskin İdarəedilməsi və Logistika 

  • Mümkün kəsilmələrə qarşı qorunmaq üçün təchizatçıların diversifikasiyası və fövqəladə hallar planlaması daxil olmaqla, risklərin azaldılması strategiyalarının tətbiqi
  • Bütün sifarişlərin vaxtında çatdırılmasını təmin etmək üçün logistika komandası ilə tərəfdaşlıq edilməsi
  • Təchizat zəncirinin bütün aspektlərinə nəzarət edilməsi, hər hansı maneə və ya səmərəsizlik barədə rəhbərliyin dərhal məlumatlandırılması 

Müqavilə və Danışıqlar

  • Müqavilələrin icrasına nəzarət edilməsi, müqavilə fayllarının saxlanılması və onlardan gələcəkdə istinad mənbəyi kimi istifadə olunması
  • Təchizatçılarla qiymət danışıqlarının, ödəniş şərtlərinin, çatdırılma qrafiklərinin və digər müqavilə şərtlərinin idarə edilməsi
  • Xərclərə qənaət və səmərəli fəaliyyəti təmin etmək məqsədilə əlverişli şərtlər əldə etmək üçün podratçılarla danışıqların aparılması

Uçot və Koordinasiya 

  • Həm ERP sistemində, həm də ortaq qovluqlarda izlənilə bilənliyi və şəffaflığı təmin etməklə, satınalma qeydlərinin dəqiq və aktual şəkildə aparılması
  • Sifarişlər və satınalma ilə bağlı problemlərin düzgün həllini təmin etmək üçün maliyyə, hüquq və layihə idarəetməsi kimi daxili şöbələrlə koordinasiyalı fəaliyyət 

Anbar və İnventarizasiya

  • Anbar ehtiyatlarının səviyyəsinə nəzarət edilməsi və minimum ehtiyat limitlərinin qorunub saxlanılması
  • Anbar qalığının dəqiqliyini təmin etmək üçün müntəzəm olaraq inventarizasiya (sayım) prosesinin aparılması
  • Mal materiallarının anbardan çıxışı və daxili bölmələrə paylanması prosesinin ERP sistemində qeydiyyatı
  • Zədələnmiş və ya yararsız malların müəyyən edilməsi, aktlaşdırılması və silinməsi prosesinin idarə edilməsi 

Tələblər

Peşəkar Bacarıqlar

  • Texnologiya bazarı, eləcə də resursların tapılması (sourcing) və satınalma metodologiyaları üzrə biliklər
  • ERP sistemlərində işləmə təcrübəsi
  • Qərar qəbul etmə meyilli və rəqəmlərlə işləmək bacarığı
  • Detallara qarşı ciddi diqqət yetirməklə, eyni vaxtda çoxsaylı tapşırıqları idarə etmək bacarığı

Şəxsi Keyfiyyətlər

  • Mükəmməl ünsiyyət, danışıqların aparılması (negotiation) və işgüzar əlaqələrin qurulması (networking) bacarıqları
  • Stress altında işləmək qabiliyyəti
  • Komanda ilə əməkdaşlıq etmək və müstəqil qərar qəbul etmək bacarığı

Dil Bilikləri

  • Azərbaycan dilini — mükəmməl səviyyədə (məcburi)
  • Rus dilini — mükəmməl səviyyədə (üstünlük)
  • İngilis dilini — mükəmməl səviyyədə (üstünlük)

Sürücülük

  • B kateqoriyalı sürücülük vəsiqəsi ( məcburi )
  • Aktiv sürücülük təcrübə - minimum 2il  


Vakansiya haqqında

Son tarix

May 3, 2026

Paylaşılıb

aprel 3, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

Oxşar vakansiyalar