Improve Group
Ana səhifə
/
/
/
İşə Qəbul üzrə Mütəxəssis

İşə Qəbul üzrə Mütəxəssis

  • Improve Group
  • Zahid Xəlilov Küçəsi, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

23

Təsvir

Əsas Öhdəliklər:

  • Vakansiyaların hazırlanması və iş platformalarında yerləşdirilməsi;
  • CV-lərin dəyərləndirilməsi və uyğun namizədlərin seçilməsi;
  • Müsahibələrin keçirilməsi, namizədlərin peşə bacarıqları, iş təcrübəsi, motivasiyası və şirkət mədəniyyətinə uyğunluğunun obyektiv metodlarla qiymətləndirilməsi;
  • Namizədlərin bazasının formalaşdırılması və idarə olunması;
  • Şirkətin kadr ehtiyaclarının analiz edilməsi;
  • Əmək bazarında olan cari vakansiyaların təhlili, tələblərinin müəyyənləşdirilməsi;
  • Təcrübə proqramından məzun olan müdavimlərin işə yerləşdirilməsi prosesinin izlənilməsi;
  • Təcrübə proqramından məzun olan müdavimlərin CV-lərinin vakansiyanın tələblərinə uyğun olaraq tərtibatına nəzarət edilməsi;
  • Təcrübə proqramından məzun olan müdavimlərin səriştəliklərinin inkişaf etdirilməsi üçün tədbirlər planının hazırlanması və həyata keçirilməsi;
  • Müvafiq vakansiya üzrə müdavimlərin müsahibə prosesinə hazırlanması;
  • İşçi təminatı və məşğulluq göstəriciləri üzrə həftəlik/aylıq hesabatların hazırlanması.

 

Tələblər

Kvalifikasiya Tələbləri:

·       Təhsil: Müvafiq sahələr üzrə ali (bakalavriat) təhsil;

·       İş təcrübəsi: İşə qəbul sahəsində minimum 1 il təcrübə;

Tələb olunan bilik və bacarıqlar:

  • İşə qəbul prosesinin idarə edilməsi bacarığı;
  • Səriştəlik əsaslı müsahibə aparma bacarığı;
  • Azərbaycan dili – səlis; rus və ya ingilis dillərindən birini bilməsi üstünlükdür;
  • MS Office, iş elan platformaları, LinkedIn Recruiter ilə işləmə bacarığı;
  • Şifahi və yazılı ünsiyyət bacarığı;
  • Araşdırma bacarığı;
  • Təhlil etmə bacarığı;
  • Qərar vermə bacarığı;
  • Təşkilatçılıq bacarığı;
  • Kompüter bilikləri.

 

Təklif Edirik:

  • Əmək haqqı: 800 -1000AZN (sabit) + hər uğurlu işçi təminatına görə bonus sistemi;
  • Karyera və peşəkar inkişaf imkanları;
  • Gənc və peşəkar komanda ilə dinamik iş mühiti;
  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş saatı: 09:00 – 18:00.

 

Ünvan: Elmlər Akademiyası, Zahid Xəlilov 25A.

Tələblərə uyğun olan namizədlər öz CV-lərini “İşə Qəbul üzrə Mütəxəssis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya haqqında

Son tarix

June 13, 2026

Paylaşılıb

may 14, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Əmək haqqı

800 - 1000 AZN

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə