"İnnova İnşaat" MMC

Mühasib

Dünən

67

Təsvir

Əsas vəzifələri:

·        Müvafiq sənəd əsasında anbara mədaxil olunan mal-materialları uğun mühasibat uçotu registrinə (1C və digər vasitələr) əlavə etmək;

·        Anbardan məxaric olunacaq mal-materialların müvafiq sənəd və qaydalarla təhvil verilməsi üçün mühasibat uçotu registrlərində uyğun əməliyyatları icra etmək;

·        Sənədlərin müvafiq formada təqdim olunmasına nəzarət etmək və uyğun qaydada arxivləşdirmək;

·        Mədaxil əməliyyatları üzrə nağdsız ödənişlərin icra olunması üçün təqdim olunan hesab-faktura əsasında mühasibat uçotu registrlərində öhdəlik əməliyyatlarını yaratmaq;

·        Anbar sayımlarında iştirak etmək;

·        Aylıq hesabatların hazırlanması.

·        Anbarlara malların hərəkətinə nəzarət olunması, açılan Sifarişlərin təqib olunması;

·        Ay sonu anbarlar üzrə inventarizasiyaların təşkili, aparılması və aktlaşdırılması;

·        Regionlarda olan layihələrinə ezam olunmaq, yerlərdəki anbarların sənədləşməsinə dəstək vermək;

·        Baş mühasibin verdiyi tapşırıqların yerinə yetirilməsi.

·        Mal-materialların qəbulu, silinməsinin tam uçotu;

·        Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;

·        Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;

·        İdxal əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;

·        Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;

·        Aylıq mal-material silgisinin edilməsi və sənədlərin hazırlanması.

Tələblər

Namizədə dair tələblər:

• Sərbəst Azərbaycan dili, Rus dili (arzu olunandır) 

• MS Office, 1C proqramlarını sərbəst bilməli

• Minimum 2 il müvafiq sahədə əmək fəaliyyəti olmalı (tikinti sektoru üstünlükdür)

• Ali təhsil

• Azərbaycan Respublikası Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” tələbləri bilməli

• Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatları bilmək

• Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;

• Komandada işləmək bacarığına sahib olmalıdır;

Vakansiya haqqında

Son tarix

September 30, 2025

Paylaşılıb

sentyabr 16, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya here

Maliyyə, Biznes və idarəetmə