22-04-2025
536
Müəssisənin İT siyasəti, o cümlədən şəbəkə siyasəti ilə tanış olmaq, orada qeyd edilmiş tələb və tövsiyələrə qeyd-şərtsiz əməl etmək;
Mümkün olan bütün hallarda “Zero Trust”, “Defense-in-Depth”, “Layered Security” tələblərini, tövsiyələrini nəzərə almaq, şəbəkə təhlükəsizliyində ən yaxşı təcrübələrə əsaslanmaq və tətbiq etmək;
Müəssisədə data şəbəkəsinin layihələndirilməsi, quraşdırılması, inkişafı və sonradan texniki dəstəklənməsində iştirak etmək;
Şəbəkəyə aid bütün passiv qurğuların müvafiq təlimatlara və daxili proseduralara uyğun olaraq layihələndirilməsi, tətbiqi və işarələnməsini həyata keçirmək;
Şəbəkəyə qoşulacaq bütün aktiv avadanlıqların müvafiq təlimatlara və daxili proseduralara uyğun olaraq işlək vəziyyətə gətirilməsi, ilkin yenilənməsi, sazlanması, monitorinqi və s. aidiyyəti işləri icra etmək;
Müəssisənin telekommunikasiya otaqlarında, rabitə qovşaqlarında aktiv və passiv şəbəkə avadanlıqlarının sabit, fasiləsiz, etibarlı işləməsini təmin etmək;
Mikroseqmentlər yaratmaq, idarə etmək, yaradılmış mikroseqmentləri müvafiq qaydada sənədləşdirmək;
Şəbəkə protokolları, portları, avadanlıqları, sistemləri, proqram təminatları haqqında dərin biliyə malik olmaq;
Şəbəkə diaqramları və sxemlərini oxuyub başa düşmək;
Şəbəkədə istifadə edilən bütün aktiv avadanlıqların saz, işlək olduğuna və təhlükəsiz konfiqurasiya edildiyinə əmin olmaq;
Şəbəkədə yaranmış nasazlıqların qısa müddətdə həllinə çalışmaq, həll etdiyi nasazlıqları müvafiq qaydada sənədləşdirmək;
Virtual şəbəkələr, Software Defined Networks, Virtual Network Appliance və s. müasir şəbəkə trendləri haqqında anlayışlı olmaq;
Şəbəkə texnologiyalarında davamlı olaraq yenilikləri və müasir texnologiyaları izləmək, şəbəkənin performansı, təhlükəsizliyini təkmilləşdirəcək təkliflər irəli sürmək;
Müəssisədə mövcud şəbəkələrin sxemlərini, diaqramlarını, topoloji xəritəsini, məntiqi sxemlərini müntəzəm yeniləmək;
Rastlaşdığı, həll etdiyi nasazlıqların, icra olunmuş bütün işlərin müvafiq sistemdə qeydiyyatını aparmaq;
İT təşəbbüslərdə, layihələrdə və təlim tədbirlərində fəal iştirak etmək;
Peşəsi üzrə bilik və bacarıqlarını sistemli və davamlı şəkildə təkmilləşdirmək;
Şəbəkə İnzibatçılığı istiqamətində Əsas Keyfiyyət Göstəricilərini (Key Performance Indicators) yaxşılaşdıracaq qərarlar qəbul etmək;
Fəaliyyət istiqaməti üzrə icra edilmiş tapşırıqları, layihələri, əldə etdiyi nəticələri əks etdirən rüblük, yarımillik və illik hesabatlar hazırlamaq;
Maddi və qeyri-maddi aktivlər üzrə İT xidmətlər kataloqunda müvafiq vəzifə üçün qeyd edilmiş digər tapşırıqları icra etmək.
Ali təhsil (Kompüter elmləri, Kompüter mühəndisliyi və ya digər əlaqəli ixtisaslar)
Minimum 5 il müvafiq sahədə təcrübə
Texniki sənədləri oxuyub başa düşmək səviyyəsində ingilis dili
Cisco Certified Network Associate [https://www.cisco.com/c/en/us/training-events/training- certifications/certifications/associate/ccna.html]
Cisco Certified Network Professional (CCNP) Enterprise
[https://www-cloud.cisco.com/site/us/en/learn/training-certifications/certifications/enterprise/ccnp-enterprise/index.html]
Son tarix
June 1, 2025
Paylaşılıb
aprel 22, 2025
Vakansiya növü
Tam ştat
Yelo Bank ASC ● Bakı, Azərbaycan
Bu gün
17
Kontakt Home ● Bakı, Azərbaycan
Dünən
291
Umico.az ● Bakı, Azərbaycan
Dünən
239
Bank Respublika ASC ● Bakı, Azərbaycan
Dünən
159
Guven Technology LLC ● Bakı, Azərbaycan
Dünən
156