İctimai Televiziya və Radio Yayımları Şirkəti

Direktor müavini (efir üzrə)

Bu gün

430

Təsvir

  • Gündəlik və ya həftəlik arxiv cədvəlini qəbul etmək, yoxlamaq və koordinatorlara yönləndirmək;
  • Efir cədvəlində anons, sosial reklamların kanalın yayım konsepsiyasına uyğun yerləşdirilməsinə nəzarət etmək;
  • Reklamların Azərbaycan Respublikası “Rekam yayımı haqqında qanunu”-nun tələbinə uyğun yerləşdirilməsinə nəzarət etmək;
  • Efir cədvəlinə daxil olunmayan və yayımdan çıxan  reklamlar haqqında Kommersiya departamentinə səbəbini yazmaqla xəbərdarlıq məktubu göndərilməsinə nəzarət etmək;
  • Tələb olunduqda  Kommersiya departamentinə növbəti günlük və ya həftəlik reklam həcmi barədə məktub göndərilməsini təmin etmək;
  • Növbəti günün təsdiq edilmiş proqramına uyğun – anons, sosial reklam və reklam da daxil olmaqla hazırlanmış efir cədvəlinin 17:30-dək rəhbərlik və müvafiq bölmələrə göndərilməsini təmin etmək;
  • Dövlət, hökümət və mədəniyyət tədbirlərinin yayımı ilə əlaqədar proqramda baş verən dəyişikliklərin icrasını operativ təmin etmək;
  • Efiri izləmək və yayımla bağlı rəhbərliyə operativ məlumatlar vermək;
  • Efir rejissor, prodüser və koordinatorları ilə daim əlaqədə olmaq və onları işin gedişində baş verən dəyişikliklər barədə məlumatlandırmaq;
  • Profilaktika günlərində efirin texniki vasitələrinin yoxlanılmasına nəzarət etmək;
  • Tələb olunduqda efirlə bağlı müvafiq hesabatlar hazırlamaq, məktublar yazmaq.

Tələblər

  • Müvafiq sahədə 5 il iş təcrübəsi;
  • Mükəmməl Azərbaycan, İngilis və Rus dili bilikləri;
  • MS Office, Easy Editor, Easy On Ear və Title Box proqramlarında sərbəst işləmək bacarığı;
  • AR Televiziya Yayımı, AR Reklam və AR Azərbaycan dili haqqında qanunlarını bilmək;
  • Geniş dünya görüşünə malik olmaq;
  • Ünsiyyət qurma bacarığı;
  • İnsan resurslarının idarə olunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olmaq.

Vakansiya haqqında

Son tarix

December 6, 2026

Paylaşılıb

noyabr 18, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

5-8 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr