Studio və studiyadankənar çəkilişləri, həmçinin canlı verilişlərin yüksək səviyyədə səsləndirilməsini həyata keçirmək;
Gündəlik olaraq müxtəlif verilişlərin, proqramların çəkilişi zamanı səs rejissorluğunu həyata keçirmək;
Səs yazılarının montajını, təmizlənməsini və səs korreksiyasını həyata keçirmək;
Tələb olunan zəruri texniki vasitələr üçün sifarişləri tərtib etmək;
Mikrofonların yerləşdirilməsinə rəhbərlik etmək və elektroakustik traktın texniki sınağını aparmaq, xüsusi səs effektlərindən istifadəni təmin etmək;
İfaçıları mikrofonla işləmə texnikası ilə tanış etmək;
Nitq və musiqi mətnlərinin keyfiyyətinə və düzgünlüyünə, musiqi səsinin düzgün artikulyasiyasına, saflığına və ritminə nəzarət etmək.
Tələblər
Ali və ya orta musiqi təhsili;
Müasir səs avadanlıqları və video və foto kameralarla işləmək bacarığı;
Tamaşaların (verilişlərin), yayımların hazırlanması texnologiyası, səs avadanlıqlarının xüsusiyyətlərini və perspektiv avadanlıqların yaradılması texnologiyasını bilməli.
Problem həll etmə bacarığı;
Tənqidi qəbul etmə və təzyiq altında işləmə bacarığı;
Komandada işləmə bacarığı.
Vakansiya haqqında
Son tarix
May 30, 2025
Paylaşılıb
aprel 25, 2025
Vakansiya növü
Tam ştat
Kateqoriya
Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr