Qarabağ Universitetinin Klinikası

Ambulans sürücüsü

Dünən

53

Təsvir

Vəzifənin təsviri:

 

  • Təcili çağırış zamanı ambulans nəqliyyat vasitəsini təhlükəsiz, sürətli və qaydalara uyğun şəkildə idarə etmək.
  • Xəstənin vaxtında tibbi müəssisəyə çatdırılmasını təmin etmək.
  • Tibb heyəti ilə koordinasiyalı şəkildə işləmək və onların təlimatlarına əməl etmək.
  • Yol hərəkəti qaydalarına riayət etməklə yanaşı, fövqəladə hallarda prioritet keçid hüquqlarından düzgün istifadə etmək.
  • Ambulansın texniki vəziyyətinə gündəlik nəzarət etmək (yanacaq, yağ, əyləc sistemi və s.)
  • Nəqliyyat vasitəsinin təmizliyini və sanitar vəziyyətini təmin etmək.
  • Çağırışlar, marşrutlar və xidmətlə bağlı məlumatları düzgün şəkildə qeydiyyata almaq.
  • Qəza və ya fövqəladə hal baş verdikdə dərhal rəhbərliyə məlumat vermək.
  • Tibbi məxfiliyin qorunması və etik davranış qaydalarına riayət etmək.
  • İş rejiminə və növbə cədvəlinə uyğun fəaliyyət göstərmək.

Tələblər

Namizədə tələblər:

 

  • Minimum orta təhsilə malik olmalıdır.
  • Müvafiq sürücülük vəsiqəsinə (BC kateqoriyasına ) sahib olmalıdır.
  • Sürücü kimi minimum 5 il iş təcrübəsi olmalıdır.
  • Təcili tibbi yardım və ya oxşar sahədə iş təcrübəsi olması üstünlükdür.
  • Yol hərəkəti qaydalarını yüksək səviyyədə bilməlidir.
  • Şəhər və ətraf yollar üzrə yaxşı orientasiya bacarığına malik olmalıdır.
  • Stress altında operativ və düzgün qərar vermə bacarığı olmalıdır.
  • Fövqəladə hallarda sürətli reaksiya göstərmək qabiliyyətinə malik olmalıdır.
  • Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı olmalıdır.
  • Texniki baxım üzrə ilkin biliklərə sahib olmalıdır.
  • Məsuliyyətli və diqqətli olmalıdır.
  • Dəqiq və operativ işləmək bacarığı olmalıdır.
  • Gecə və növbəli iş rejimində işləməyə hazır olmalıdır. 

Vakansiya haqqında

Son tarix

June 15, 2026

Paylaşılıb

may 4, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Səhiyyə