Müəssisənin fəaliyyət profilinə uyğun menyunun hazırlanması və mütəmadi yenilənməsi.
Mövsümi, balanslı və dietik tələblərə cavab verən menyunun qurulması.
Yeni yeməklərin hazırlanması və menyuya tətbiq edilməsi.
Tələbələr, müəssisə əməkdaşları və xəstələr üçün müəyyən edilmiş menyu və dietik tələblərə uyğun yeməklərin hazırlanmasının təşkili və icrasına nəzarət edilməsi
Yeməklərin dadına, görünüşünə, porsiyalanmasına və təqdimatına nəzarət edilməsi
Məhsulların müəyyən edilmiş keyfiyyət və istehsal standartlarına uyğunluğunun təmin edilməsi
Ərzaqların seçimi və keyfiyyətinə nəzarət edilməsi
Sifarişlərin verilməsi, stok səviyyəsinin izlənməsi və anbar uçotunun aparılması
Qida təhlükəsizliyi, sanitariya və gigiyena qaydalarına riayət olunmasının təmin edilməsi
Mətbəx sahəsində təhlükəsizlik normalarına nəzarət edilməsi
Məhsul itkisi və israfın minimuma endirilməsi
Ayrılmış büdcə çərçivəsində mətbəx xərclərinə nəzarət edilməsi
Tələblər
Aşpazlıq sahəsində minimum 5 il iş təcrübəsi
Aşpazlıq sahəsi üzrə müvafiq peşə təhsili
Kütləvi qidalanma müəssisələrində iş təcrübəsi
Qida təhlükəsizliyi, sanitariya və dietik normalar üzrə biliklər
Menyu planlaşdırılması və mətbəx idarəçiliyi bacarıqları