Təsvir
Vəzifənin təsviri:
- Müəssisədəki tibbi avadanlıqların quraşdırılması, sazlanması və texniki baxış işlərini yerinə yetirmək.
- Tibbi avadanlıqlarda yaranan texniki nasazlıqları diaqnostika etmək və təmir prosesini icra etmək və ya əlaqədar qurumlara yönləndirmək.
- Preventiv texniki xidmət (PTX) planlarına uyğun olaraq tibbi avadanlıqlara vaxtaşırı texniki qulluq göstərmək və nəticələri sənədləşdirmək.
- Yeni alınan tibbi avadanlıqların ilkin yoxlamasını aparmaq, istifadə qaydalarını öyrənmək və istifadəçilərə ilkin texniki dəstək göstərmək.
- Servis şirkətləri və tədarükçülərlə texniki məsələlər üzrə gündəlik əlaqə yaratmaq və zəmanət çərçivəsində işlərin icrasını izləmək.
- Avadanlıqların texniki sənədlərinin (istismar təlimatları, sertifikatlar, texniki pasportlar və s.) qeydiyyat və arxivləşdirilməsində iştirak etmək.
- Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına uyğun olaraq avadanlıqların təhlükəsiz istismarını təmin etmək.
- Mövcud texnologiyaların işləmə vəziyyətini qiymətləndirmək və texniki təkmilləşdirmə ilə bağlı şöbə rəhbərinə təkliflər vermək.
- Audit və yoxlamalar zamanı avadanlıqların texniki vəziyyətinə dair tələb olunan məlumatları təqdim etmək və dəstək göstərmək.
- Əməkdaşlarla birgə işləyərək biotibbi avadanlıqların fasiləsiz işləməsini təmin etmək və xidmət proseslərini optimallaşdırmaq.
- Gündəlik və aylıq iş hesabatlarını şöbə müdirinə təqdim etmək.
Tələblər
Namizədə tələblər:
- Ali texniki təhsil (Biotibbi mühəndislik, Elektronika, Elektrik mühəndisliyi və ya əlaqəli sahələr üzrə).
- Müvafiq texniki sahədə ən az 2 il iş təcrübəsi.
- Tibbi cihazların istismarı, texniki diaqnostikası üzrə biliklər.
- Preventiv texniki xidmət sistemlərini planlama və sənədləşdirmə bacarığı.
- Texniki standartlar və təhlükəsizlik tələbləri üzrə məlumatlılıq.
- Komanda ilə işləmə, problem həll etmə və yüksək ünsiyyət bacarıqları.
- Tibbi avadanlıqların (monitorlar, defibrilyatorlar, ventilyatorlar, lab avadanlıqları və s.) quruluşu, işləmə prinsipi və texniki qulluq prosedurları barədə biliklər.
- Xəstəxana və ya tibbi avadanlıq təchizatı sahəsində təcrübəyə üstünlük verilir.